Alimlər beyin silkələnməsini aşkar edən mobil proqram yaradıblar

ABŞ-dan olan mütəxəssislər tərəfindən yaradılmış mobil proqram insanda beyin silkələnməsini aşkar etməyə imkan verəcək. Proqnozlara görə, ən yeni diaqnostikanın dəqiqliyi 98% təşkil edə bilər.

ABŞ-dan olan mütəxəssislər tərəfindən yaradılmış mobil proqram insanda beyin silkələnməsini aşkar etməyə imkan verəcək. Proqnozlara görə, ən yeni diaqnostikanın dəqiqliyi 98% təşkil edə bilər. Bir çoxlarına məlumdur ki, beyin silkələnməsinin diaqnostikası üsullarından biri göz bəbəyinin işığa olan reaksiyasının ölçülməsidir. Bu prinsip əsasında istehsalçılar aparata xüsusi işıqlandırıcı qurublar. Birinci mərhələdə işıqlandırıcı beyni silkələnmiş şəxsin gözünə tutulur və kamera göz bəbəyinin genişlənməsini qeydə alır. İkinci mərhələ informasiyanın emalını əhatə edir və sonda mobil proqram yekun qərar verir. Bu üsul hər bir kəs üçün əlçatandır.  
"ICTnews" Elektron Xəbər Xidməti "dni24.com" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31