6 saatdan az yatanlar kökəlməyə meyllidir

Kanadada araşdırma aparılan Jean-Philippe Chaput və Angelo Tremblay 6 saatdan az yatanların kökəlməyə daha meylli olduğunu deyirlər. Kanada Tibb Dərnəyinin jurnalında nümayiş olunan araşdırma, az yatmağın aclıq hissini artırdığını və iştaha nəzarət edən leptin, grelin və kortizol hormonlarının ifraz olunmasına mənfi təsir etdiyini, bu səbəbdən də az yatanların kökəldiyini göstərib. Araşdırmaçılar artıq çəkidən xilas olmaq istəyənlərə dieta siyahıları və idmanla birlikdə, yaxşı yuxunu da təklif etdiklərini deyirlər.

Kanadada araşdırma aparılan Jean-Philippe Chaput və Angelo Tremblay 6 saatdan az yatanların kökəlməyə daha meylli olduğunu deyirlər.
Kanada Tibb Dərnəyinin jurnalında nümayiş olunan araşdırma, az yatmağın aclıq hissini artırdığını və iştaha nəzarət edən leptin, grelin və kortizol hormonlarının ifraz olunmasına mənfi təsir etdiyini, bu səbəbdən də az yatanların kökəldiyini göstərib. Araşdırmaçılar artıq çəkidən xilas olmaq istəyənlərə dieta siyahıları və idmanla birlikdə, yaxşı yuxunu da təklif etdiklərini deyirlər.

Qeyd edək ki, son illərin bir çox araşdırmalarında yuxunun piylənmə ilə mübarizədə əhəmiyyətli olduğu müəyyən edilib. 6 ay davam edən araşdırmada keyfiyyətli yuxu yatan şəxslərin arıqlamaq ehtimalının 33 faizdən çox olduğu aydınlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31