Gündəm
Leonid Yakuboviç “Azərçay”ın dəvəti ilə ölkəmizi ziyarət edib
Dünyanın bir çox ölkəsində satışı həyata keçirilən və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan “Azərçay” Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan “Pole Çudes”in aparıcısı olan Leonid Yakuboviçi ölkəmizə dəvət edib.
Dünyanın ƏN TƏHLÜKƏLİ 10 hakeri - SİYAHI
Dünyanın 10 ən məşhur hakeri haqqında məlumatları oxucuların diqqətinə çatdırırıq.
Azərbaycanda 1004 əkiz, 21 üçəm doğulub
Azərbaycanda 5 aya 1004 əkiz, 21 üçəm doğulub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58 217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib.
Bu halda ABŞ və Rusiya nüvə müharibəsinə başlayacaq - ŞOK SSENARİ
Şimali Koreya tərəfindən buraxılan raket təsadüfən ABŞ və Rusiya arasında nüvə müharibəsini təhrik edə bilər. Bu haqda “The Daily Beast” nəşrində dərc edilmiş məqalədə Beynəlxalq Tədqiqatlar İnstitutunun (ABŞ) əməkdaşı Cefri Luis yazıb.
ÜAK Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yaydı
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Ermənistan ordusunun növbəti təxribatını pisləyən bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsinin dinc əhalisinə qarşı daha bir cinayət iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilib.
"Hamınıza pul da, toy da bəs edəcək" - Səbinədən həmkarlarına - VİDEO
"Eurovision 2011" qalibi Nigar Camalın Diana Hacıyevanı bəyənmədiyini deməsinə Səbinə Babayeva münasibət bildirib. Səbinə "ATV maqazin onlarla" verilişinə açıqlamasında ifaçıları qınayıb.
Romada spirtli içkilər qadağan edildi - AXŞAMLAR
İtaliyanın paytaxtı Romada axşam və gecə saatlarında spirti içkilərə məhdudiyyət qoyulub. Axşam saat 10-dan başlayaraq səhər saat 7-yə kimi şüşə qablardan, gecəyarısından etibarən isə istənilən qablardan spirtli içkilər içmək qadağan edilir.
"Həmsədrlər substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur"
"ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moldovada keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Bakıda özünü binadan atan qadının intihar anının YENİ VİDEOsu
Mayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində - Qoqol küçəsində 31 yaşlı Şərifova Susanna Şakir qızının intiharı ilə bağlı yeni görüntülər ortaya çıxıb. Susannanın qohumlarının göndəridiyi yeni görüntülərdə yeni detallar üzə çıxıb. Ölümündən saniyələr öncə çəkilən görüntülərdə Susanın eyvandan sallandığı və bir neçə nəfərin onun ətrafında olduğu görünür.
"BMT Ermənistandan işğalçı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağı niyə tələb etmir?"
Ermənistan tərəfindən həyata keçirilən təxribatlar nəticəsində regionda kövrək qeyri-stabil mühit formalaşıb. Bu, Latın Amerikası ölkələrində yayımlanan "Telesur Tv" telekanalının internet səhifəsində Çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin "Dağlıq Qarabağ: Digər İşğal" adlı məqaləsində bildirilir.
Ermənilərin Alxanlıda törətdikləri təxribatla bağlı Almaniya Bundestaqına MÜRACİƏT
Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu zamanı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanmasını Bonn şəhərində yaşayan azərbaycanlılar qətiyyətlə pisləyirlər.
Məhkəmə Eldar Mahmudovun barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərib
Sabiq milli təhlükəsizlik naziriEldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.
Əhalimizin sayı açıqlandı
2017-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33 050 nəfər və ya 0,3% artaraq iyun ayının 1-i vəziyyətinə 9 843 031 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “Olaylar”averilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Şəhid bulağını sökən mərhumun qardaşı çıxdı
Yasamalda “Şəhid bulağı”nın kim tərəfindən söküldüyü məlum olub. Bu şəxs Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun doğma qardaşıdır. Bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) oxu.az-a verilən məlumatda bildirilir ki, RİH-ə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qoyulmuş bulaq-kompleksin sökülməsi haqqında məlumat daxil olduqdan dərhal sonra başçının səlahiyyətlərini icra edən, başçının birinci müavini Səməd İslamov ünvanda olub: “Araşdırma zamanı müəyyən olunmuşdur ki, “Şəhid bulağı” sökülməmiş, bulağın yeri yaxınlıqdakı iaşə obyektinin sahibi, şəhidin doğma qardaşı tərəfindən şəhid ailəsinin zənnincə, daha baxımlı yerə dəyişdirilmişdir.
Sabunçu sakinin evindən 20 kiloqram narkotik aşkarlandı
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. “Olaylar” xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsinə (PB) Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən evlərdən birinin həyətində və otağında narkotik tərkibli kolların əkilməsi və becərilməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən qeyd edilən mənzilə baxış keçirilən zaman evin həyətindən və otaqların birində xüsusi üsulla qulluq edilərək yetişdirilən 623 ədəd çətənə kolu və toxumları aşkar edilərək götürülüb.














