Romada spirtli içkilər qadağan edildi - AXŞAMLAR
İtaliyanın paytaxtı Romada axşam və gecə saatlarında spirti içkilərə məhdudiyyət qoyulub. Axşam saat 10-dan başlayaraq səhər saat 7-yə kimi şüşə qablardan, gecəyarısından etibarən isə istənilən qablardan spirtli içkilər içmək qadağan edilir.
10 İyul 2017 17:52 Dünyaİtaliyanın paytaxtı Romada axşam və gecə saatlarında spirti içkilərə məhdudiyyət qoyulub. Axşam saat 10-dan başlayaraq səhər saat 7-yə kimi şüşə qablardan, gecəyarısından etibarən isə istənilən qablardan spirtli içkilər içmək qadağan edilir. Bundan başqa, saat 10-dan sonra mağazalarda spirtli içkilərin satışına da qadağa qoyulub. Qaydaya əsasən, qeyd edilən vaxtlarda spirtli içkilərin içilməsinə görə 150 avro, satışına görə 280 avro cərimə təyin edilib.
Qeyd olunur ki, bu qadağa yay aylarını əhatə edəcək və oktyabr ayınadək davam edəcək. Trend.az