Leonid Yakuboviç “Azərçay”ın dəvəti ilə ölkəmizi ziyarət edib

Dünyanın bir çox ölkəsində satışı həyata keçirilən və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan “Azərçay” Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan “Pole Çudes”in aparıcısı olan Leonid Yakuboviçi ölkəmizə dəvət edib.

Dünyanın bir çox ölkəsində satışı həyata keçirilən və "Made in Azerbaijan" yazısını üzərində şərəflə daşıyan "Azərçay" Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan "Pole Çudes"in aparıcısı olan Leonid Yakuboviçi ölkəmizə dəvət edib. Səfər çərçivəsində adıçəkilən milli markamızın yeni reklam çarxının çəkilişində iştirak edən məşhur teleaparıcı Bakı ilə bərabər ölkəmizin cənub bölgələrini də ziyarət edib. Avropanın 50-dən artıq hava limanında "Duty Free" mağazalarında satışı həyata keçirilən, ölkədə və Azərbaycanın hüdudlarından kənarda keçirilən müxtəlif mühüm layihələrin təşkilində yaxından iştirak edən milli markamız xarici istehlakçılar tərəfindən də çox yüksək qiymətləndirilir.   "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gozal ilə görüşən Leonid Yakuboviçə Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Qeyd edək ki, ötən 6 ay ərzində  "Pole Çudes" verilişi "Azərçay"ın dəstəyi ilə yayımlanıb və buraxılışlarda Azərbaycan mədəniyyətinin, tarixinin və incəsənətinin tanıdılmasına xüsusi diqqət ayırılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31