Gündəm
Xanım deputatın atası vəfat edib
Milli Məclisin deputatı Ülviyyə Ağayevaya ağır itki üz verib. “Olaylar” ın məlumatına görə, deputatın atası Cavanşir Ağayev dünyasını dəyişib. O, bu gün dəfn edilib. İyulun 12-də Təzə Pir məscidində mərhumun üç mərasimi keçiriləcək.
AHİK-də Rusiya həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
2017-ci il iyulun 10-da AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev respublikamızda səfərdə olan Sank-Peterburq və Leninqrad Vilayəti Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyətini qəbul edib.
Musiqili Teatr Tehrandan qayıtdı
Musiqili Teatrının İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfəri başa çatıb. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranın “Hünər” Sarayında dahi Üzeyir Hacıbəylnin “Ər və arvad” tamaşası ilə çıxış edib.
"Günahı olsa da, özünü yuxarıdan aparır" - Mehriban Xanlarova
Əməkdar artist Mehriban Xanlarova kin saxlamadığını deyib. "Hər şey daxil" verilişinin qonağı olan aktrisa ona pislik edənlərə hər zaman yaxşılıqla qarşılıq verməyə çalışdığını deyib: "Əslində mən kinli insan deyiləm.
MTN polkovnikinə hökm oxundu - Rütbəsi əlindən alındı
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“İrəli” daha bir layihəni başa vurdu
Yayın ən böyük layihələrindən biri olan “SAY: Solidarity” layihəsi başa çatdı. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəylik” ili kimi qeyd olunur.
"Yaradıcılıq emalatxanası - 2" düşərgəsi keçiriləcək
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində istedadlı və yaradıcı gənclərin iştirakı ilə "Yaradıcılıq emalatxanası - 2" düşərgəsi start götürəcək. GİN-n mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki,.19 iyul tarixinədək davam edəcək düşərgəyə təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələrə marağı olan gənclər qatılacaq. Düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkəralıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.
"Allah haqqı" deyir, dalınca "Anamın qəbri", "Ətağanın cəddi" gəlir”
“Mən cəmiyyətimizin problemlərinin əhəmiyətli hissəsinin birbaşa insanların ikili (dualist) inanc sisteminə sahib olmasında görürəm. Əslində bu, ədalət, halallıq, doğruluq, faydalılıq kimi keyfiyyət əmsalımızın sabit dəyərlərə çevrilməməsinə rəvac verən amildir. Hər dəfə adamların nəyə and içdiklərinə diqqət yetirirəm.
“Piter Pen”Nizami Kino Mərkəzində
İyulun 12-də Nizami Kino Mərkəzi və British Council Azərbaycanın birgə layihəsi çərçivəsində şəhər sakinlərinə və qonaqlarına “Piter Pen” tamaşasını rus dilində alt yazılarla təqdim edəcək.
Sürüşmə və subasma proseslərinin dinamikasında aktivlik müşahidə olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən 2017-ci ilin iyun ayında Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib. Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilib.
Türkiyənin iqtisadiyyat nazirinə Avstriyaya giriş qadağan edildi
Avstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçiyə Türkiyədəki dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ölkə ərazisinə girişinə qadağa qoyub. Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. "Təsdiq edə bilərəm ki, xarici işlər naziri Sebastyan Kurts həqiqətən Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə girişini qadağan edib", - XİN rəsmisi qeyd edib. Onun sözlərinə görə, türkiyəli nazirin bu cür tədbirlərə qatılması Avstriyada ictimai qaydaları və təhlükəsizliyi təhlükə altına sala bilərdi.
3 nazir futbol oyununa görə işdən çıxarıldı
Portuqaliyada üç nazir 2016-cı ildə Fransada keçirilən futbol üzrə Avropa Çempionatında milli komandanın oyunlarını izlədiyi üçün istefa vermək məcburiyyətində qalıb. Baş nazir Antonio Costa hər üç nazirin - maliyyə işlərindən məsul dövlət naziri Fernando Rocha, sənayedən məsul dövlət naziri Joao Vasconcelos və beynəlxalq əlaqələrdən məsul dövlət naziri Jorge Costanın istefa ərizəsini qəbul edib.
İranın media mütəxəssislərindən ibarət nümayəndə heyəti "Trend" BİA-nın qonağı olub
Azərbaycanda səfərdə olan İran İslam Respublikasının media mütəxəssislərindən ibarət nümayəndə heyəti bu gün Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) olub. Agentliklə tanışlıqdan sonra nümayəndə heyəti ilə Azərbaycanda medianın inkişafı, son illər bu sahədə əldə olunan nailiyyətlər, jurnalist peşəkarlığı və bu kimi mövzular ətrafında fikir mübadiləsi aparlıb.
"Mən Şuşada ölməliyəm" - Bayram Səfərov
Dünya Azərbaycanın işğal olunmuş torpaqlarını bizim ərazimiz kimi tanıyır. Biz işğal altında olan torpaqlarımızı geri qaytarmalıyıq. Həmçinin, dünya ictimaiyyəti də münaqişənin nizamlanmasına dair ikili mövqedən əl çəkməlidir. Biz doğma torpaqlara qayıdacağıq. Mən Şuşaya mütləq qayıtmalıyam! Övladlarım ora qayıtmalıdır. Mən orada doğulmuşam, orada da ölməliyəm.
Güneldən ayrılıq xəbərinə münasibət
Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalova nişanlısı Cem Ozan Torunlardan ayrılıb. Sənətçinin ayrılıq xəbərini ilk olaraq Türkiyə mediası işıqlandırıb. Bir neçə saatdan sonra isə onlar məlumatı siliblər. Türkiyədə yaşayan Günel yayılan xəbərlərlə bağlı açıqlama verib. O, nişanının qayıtmasını nə təsdiqləyib, nə də inkar edib: "Hazırda başım yeni albomumun hazırlıqlarına qarışıb. Şəxsi həyatımla bağlı bütün məsələləri bir kənara qoymuşam. Ora kiminsə müdaxilə etməsinə, danışmasına imkan vermirəm. Xəbəri ilk olaraq "Uçan kuş"saytı yaydı, amma indi onlar da siliblər. Bayaqdan telefonum susmur. Bütün jurnalistlər, yaxınlar zəng vurur. Heç kimə cavab vermirəm. Mən dostumun kim, düşmənimin kim olduğunu indi bildim".






.jpg)







