Musiqili Teatr Tehrandan qayıtdı

Musiqili Teatrının İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfəri başa çatıb. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranın “Hünər” Sarayında dahi Üzeyir Hacıbəylnin “Ər və arvad” tamaşası ilə çıxış edib.

Musiqili Teatrının İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfəri başa çatıb. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranın "Hünər" Sarayında dahi Üzeyir Hacıbəylnin "Ər və arvad" tamaşası ilə çıxış edib.

"İran İslam Respublikasında təşkil olunan Azərbaycan Mədəniyyət Günləri çox uğurla keçdi. Tamaşadan sonra ölkəmizin İran İslam Respublikasındakı səfiri cənab Bünyad Hüseynov və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri cənab Əsgər Farsi səhnə arxasına gələrək kollektivimizlə görüşdülər. ", - deyə  Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.

"Ər və arvad" tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləriəməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31