Güneldən ayrılıq xəbərinə münasibət
Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalova nişanlısı Cem Ozan Torunlardan ayrılıb. Sənətçinin ayrılıq xəbərini ilk olaraq Türkiyə mediası işıqlandırıb. Bir neçə saatdan sonra isə onlar məlumatı siliblər. Türkiyədə yaşayan Günel yayılan xəbərlərlə bağlı açıqlama verib. O, nişanının qayıtmasını nə təsdiqləyib, nə də inkar edib: "Hazırda başım yeni albomumun hazırlıqlarına qarışıb. Şəxsi həyatımla bağlı bütün məsələləri bir kənara qoymuşam. Ora kiminsə müdaxilə etməsinə, danışmasına imkan vermirəm. Xəbəri ilk olaraq "Uçan kuş"saytı yaydı, amma indi onlar da siliblər. Bayaqdan telefonum susmur. Bütün jurnalistlər, yaxınlar zəng vurur. Heç kimə cavab vermirəm. Mən dostumun kim, düşmənimin kim olduğunu indi bildim".
10 İyul 2017 16:26 MədəniyyətXəbər verdiyimiz kimi, müğənni Günel Zeynalova nişanlısı Cem Ozan Torunlardan ayrılıb. Sənətçinin ayrılıq xəbərini ilk olaraq Türkiyə mediası işıqlandırıb. Bir neçə saatdan sonra isə onlar məlumatı siliblər. Türkiyədə yaşayan Günel yayılan xəbərlərlə bağlı açıqlama verib. O, nişanının qayıtmasını nə təsdiqləyib, nə də inkar edib: "Hazırda başım yeni albomumun hazırlıqlarına qarışıb. Şəxsi həyatımla bağlı bütün məsələləri bir kənara qoymuşam. Ora kiminsə müdaxilə etməsinə, danışmasına imkan vermirəm. Xəbəri ilk olaraq "Uçan kuş"saytı yaydı, amma indi onlar da siliblər. Bayaqdan telefonum susmur. Bütün jurnalistlər, yaxınlar zəng vurur. Heç kimə cavab vermirəm. Mən dostumun kim, düşmənimin kim olduğunu indi bildim".
Cem Ozan Torunlar da sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. O, İnstaqram səhifəsində "Canımı incitdikdən sonra heç bir şey olmamış kimi halallıq istəyənlər, cəhənnəmdə yandığınızı görsəm, üzərinizə benzin tökərəm" sözlərini paylaşıb. Torunlar daha sonra paylaşımını silib. Maraqlısı da odur ki, Günel və Ozan sosial şəbəkədə bir-birini izləmədən çıxarsa da, qohumları qalıb. Günelin qardaşı Tunar Rəhmanoğlu, atası Rəhman Zeynalov Ozanı hələ də izləyir və fotolarını bəyənir. Cem də onları izləmədən çıxarmayıb.
Qeyd edək ki, Günel və Cem Ozanın nişanı ötən ilin oktyabrında olub. Cem Ozan və Günel birlikdə biznes qurub, pizza evi də açıblar. Cütlüyün yaxınları da onların ayrılmalarını təsdiqləyiblər. Müğənni bundan əvvəl iş adamı, müğənni Ebru Gündeşin hazırda həbsdə olan əri Rza Zərrabla sevgili olub. Daha sonra isə İnanc Başəyməzlə nişanlanıb və 2014-cü ildə ondan da ayrılıb. Axşam.az