AHİK-də  Rusiya həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib

2017-ci il iyulun 10-da AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev respublikamızda səfərdə olan Sank-Peterburq və Leninqrad Vilayəti Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyətini qəbul edib.

2017-ci il iyulun 10-da AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev respublikamızda səfərdə olan Sank-Peterburq və Leninqrad Vilayəti Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyətini qəbul edib. "Olaylar" xəbər verir ki, AHİK sədri Rusiyanın ən böyük regionlarından birinin - Sank-Peterburq və Leninqrad Vilayətinin nümayəndələri ilə görüşdən məmnunluğunu ifadə edib və minlərlə azərbaycanlının yaşadığı regiondan gəlmiş qonaqları səmimi salamlayıb. Qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələr son illər ardıcıl surətdə inkişaf edir, ticarət və iqtisadi əməkdaşlıq sahəsində yüksək dinamika müşahidə olunur. Ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə strareji tərəfdaşlar qismində inkişaf edir, bu isə hər iki ölkənin liderlərinin - Prezidentlər İlham Əliyevin və Vladimir Putinin birgə səyləri nəticəsində mumkun olubdur.  Bir çox beynəlxalq və regional problemlərin həlli istiqamətində bizim dövlət başçılarımız eyni mövqedən çıxış edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31