Türkiyənin iqtisadiyyat nazirinə Avstriyaya giriş qadağan edildi
Avstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçiyə Türkiyədəki dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ölkə ərazisinə girişinə qadağa qoyub. Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. "Təsdiq edə bilərəm ki, xarici işlər naziri Sebastyan Kurts həqiqətən Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə girişini qadağan edib", - XİN rəsmisi qeyd edib. Onun sözlərinə görə, türkiyəli nazirin bu cür tədbirlərə qatılması Avstriyada ictimai qaydaları və təhlükəsizliyi təhlükə altına sala bilərdi.
10 İyul 2017 16:36 DünyaAvstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçiyə Türkiyədəki dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ölkə ərazisinə girişinə qadağa qoyub. Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. "Təsdiq edə bilərəm ki, xarici işlər naziri Sebastyan Kurts həqiqətən Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə girişini qadağan edib", - XİN rəsmisi qeyd edib. Onun sözlərinə görə, türkiyəli nazirin bu cür tədbirlərə qatılması Avstriyada ictimai qaydaları və təhlükəsizliyi təhlükə altına sala bilərdi.
Qeyd edək ki, ötən həftə Hollandiya hökuməti Türkiyə baş nazirinin müavini Tuğrul Tükreşin analoji anım tədbirlərində iştirak etmək üçün ölkəyə gəlişinin arzuolunmazlığını elan edib. Report.az