Gündəm
10 il öncə öldürülən ərinin intiqamını nəsilliklə aldı
Adanada 10 il əvvəl öldürülən ərinin intiqamını almaq üçün oğulları ilə birgə qətl törətməkdə təqsirli bilinən ana Hikmət Kartal (46), oğulları Serdar (26) və Əziz Kartal (24) ilə 8 qohumu haqda ömürlük cəza istənilib.
Motosikletli "canlı bomba" polisləri hədəf aldı: rəis öldü
Pakistanın Çaman şəhərində polisləri hədəf alan "canlı bomba" sürdüyü motosikleti təhlükəsizlik səlahiyyətlilərinin maşının üzərinə yönəldib. Təhlükəsizlik rəisinin öldüyü terror hücumunda yaralanan 19 adam arasında vətəndaşlar və polislərin olduğu deyilir.
Dünyanın "gözü" sabah saat 10:00-a ÇEVİRİLDİ
260 metr ölçüsü olan “Ölüm asteroidi” adlı kosmos daşı sabah Yer kürəsinə ən yaxın məsafədə olacaq. Mütəxəssislər bu ölçülərdəki asteroidin planetimizlə toqquşması nəticəsində həyat əlamətlərinin tamamilə məhv olacağını bildiriblər.
Ukraynada növbəti münaqişə: Azərbaycanlı yerli hərbçini döydü
Rovno-da əslən Azərbaycandan olan şəxs Ukrayna hərbçisi olmuş kişini döyüb. Bu barədə Rovno Patrul polisinin mətbuat xidməti Facebook-da xəbər yayıb. Davadan sonra 36 yaşlı kişi çoxsaylı zədələrlə və sifətinin sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycanlı müğənnidən ETİRAF: "Qazandığım pulları başqa qadınlara xərcləyirdi"
Mənim istirahətim neçə ildir demək olar ki, yox dərəcəsindədir. Hər kəsin istirahətlə bağlı fərqli anlayışı var. Kimin üçünsə yeyib-içib yatmaq, haralardasa gəzmək istirahət hesab olunur. İstərdim, istirahətimi yayda yox, Məhərrəmlik vaxtı edim. Mən çoxluqdan qaçıram. Restoranda, toyda daim çoxluğun içində olduğum üçün təkliyə, sakitliyə daha meylliyəm. Neçə ildir deyirəm, guya dərslər başlayanda, hamı öz evinə yığılanda dincəlim. Elə öz rayonumuz olan Oğuza 10-15 günlük gedə bilsəm, bu, mənim üçün böyük istirahət olardı. Amma gedə bilmirəm. Axşamlar restoranda çalışmağa məcburam. Hələ ki, istirahət nöqteyi-nəzərindən qarşımdakı maddi baryeri keçə bilməmişəm. Sağlıq olsun...
“Bookmate” istifadəçiləri 15000 nəfəri keçdi
Azercell Telekom MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsinə maraq getdikcə artmaqdadır. Şirkətin təqdim etdiyi bu unikal xidmətdən yararlanan aktiv abunəçilərin sayı artıq 15000-i keçib. Eyni zamanda 3000-dən çox ödənişsiz sınaq müddətindən istifadə edən user-lər bazası formalaşıb.
Amerikaya məxsus hərbi gəmi Qara dənizdə
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid olan CG-66 sayılı USS Haiy Siti hərbi gəmi səhər saatlarında İstanbul Boğazından keçərək Qara Dənizə daxil olub. Raket silahı və ən müasir radioelektronik silah növləri ilə təchiz edilən hərbi gəminin Qara Dənizdə NATO dəniz növbətçiliyi planına uyğun olaraq, burada keşik çəkəcəyi ehtimal edilir.
Narkotacirlər həbs olundu
Türkiyənin Bursa şəhərində Baş Polis idarəsinin Narkotik və Narkoticarət ilə Mübarizə bölməsinin əməkdaşları şəhərdə geniş fəaliyyət göstərən narkotik ticarətçilərinə qarşı uğurlu əməliyyat həyata keçiriblər.
“Ağ çiçəyim”ə hücum edənin kimliyi bəlli oldu
Xəbər verdiyimiz kimi, iyulun 3-də Gəncədəki "Ağ çiçəyim” gül mağazasına hücum olub. Şəhərin Şeyx Bahəddin küçəsindəki gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər. Hadisənin təfərrüatları məlum olub. Məlumata görə, satıcını döyən şəxs Gəncə şəhərində yerləşən keçmiş Dinamo cəmiyyətinin sədri Namiq Əliyevin qardaşı oğlu Bəşir adlı şəxs olub. O başına 10-a yaxın gənci yığaraq mağazaya basqın edib və küt alətlə satıcını döyüb. Nəticədə satıcı olan qardaşlardan birinin qabırğası sınıb, beyni silkələnib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
“İş yerinə dair arayış” elektron xidmətinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çox müraciət olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay 23 314 müraciət qeydə alınıb. Ümumilikdə cari ilin 6 ayında bu e-xidmətdən 134 835 dəfə istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çoxdur.
Bakı Yay Ətraf Mühit Məktəbi başlayır
İyulun 12- 14 – də Qərb Universitetivə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” proqramı birgə ətraf mühitin mühafizəsinə dair Bakı Yay Ətraf Mühit Məktəbini təşkil edəcək. Universitetdən “Olaylar” – a bildirilib ki, Harvard Universitetinin metodologiyası əsasında hazırlanmış üç günlük təlim proqramı çərçivəsində iştirakçıların ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi mövzusunda dərin biliklər əldə edə biləcəklər. Proqramın sonunda iştirakçılar sertifikatla təltif olunacaq.
Leysan, dolu gözlənilir - XƏBƏRDARLIQ
İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Patrik Sensburq: “Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmal
Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Patrik Sensburq bəyanatla çıxış edib. Avropa azərbaycan Cəmiyyəti bəyanatı “Olaylar” – a təqdim edir. Bəyanatda deyilir: “Füzuli rayonunun dinc sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində əlavə bir çox dinc sakinin ağır xəsarət alması da danılmazdır.
Sürücülərə xəbərdarlıq
İsti yay günlərində bəziləri avtomobilin kondisioneri işləsin deyə mühərriki işlək vəziyyətda avtomobili park etmək qanunsuz və təhlükəlidir. Bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat yayıb. Onun sözlərinə görə, hətta bəziləri belə avtomobili xeyli müddətə tərk edib gedirlər. Bu həm qanunsuzdur, həm də çox təhlükəlidir. “Qaydalar sürücünün mühərriki işləyən avtomobili tərk etməsini qadağan edir. Səbəb isə təhlükəli olmasıdır. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır.
İldırım çobanı və 1500 qoyunu öldürdü
Qazaxıstanın Kostanay vilayətində ildırım çaxması nəticəsində çoban və onun otardığı 1500 qoyun ölüb. Qeyri-adi faciə iyulun 7-də Jangeldin rayonunda baş verib. Məlumata görə, ildırım çaxmasından sonra çöllük ərazidə güclü yanğın baş verib.














