Bakı Yay Ətraf Mühit Məktəbi başlayır

İyulun 12- 14 – də  Qərb Universitetivə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” proqramı birgə ətraf mühitin mühafizəsinə dair Bakı Yay Ətraf Mühit Məktəbini təşkil edəcək. Universitetdən “Olaylar” – a bildirilib ki, Harvard Universitetinin metodologiyası əsasında hazırlanmış üç günlük təlim proqramı çərçivəsində iştirakçıların ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi mövzusunda dərin biliklər əldə edə biləcəklər. Proqramın sonunda iştirakçılar sertifikatla təltif olunacaq.

İyulun 12- 14 - də  Qərb Universitetivə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması" proqramı birgə ətraf mühitin mühafizəsinə dair Bakı Yay Ətraf Mühit Məktəbini təşkil edəcək. Universitetdən "Olaylar" - a bildirilib ki, Harvard Universitetinin metodologiyası əsasında hazırlanmış üç günlük təlim proqramı çərçivəsində iştirakçıların ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi mövzusunda dərin biliklər əldə edə biləcəklər. Proqramın sonunda iştirakçılar sertifikatla təltif olunacaq.

Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi  tərəfindən həyata keçirilən GİZ-in "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması" proqramı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində indiki və gələcək nəsillər üçün biomüxtəliflik və ekosistem xidmətlərini qorumaq və mühafizə etmək məqsədini daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31