10 il öncə öldürülən ərinin intiqamını nəsilliklə aldı
Adanada 10 il əvvəl öldürülən ərinin intiqamını almaq üçün oğulları ilə birgə qətl törətməkdə təqsirli bilinən ana Hikmət Kartal (46), oğulları Serdar (26) və Əziz Kartal (24) ilə 8 qohumu haqda ömürlük cəza istənilib.
10 İyul 2017 16:17 DünyaAdanada 10 il əvvəl öldürülən ərinin intiqamını almaq üçün oğulları ilə birgə qətl törətməkdə təqsirli bilinən ana Hikmət Kartal (46), oğulları Serdar (26) və Əziz Kartal (24) ilə 8 qohumu haqda ömürlük cəza istənilib. 10 il əvvəl Mehmet Kartal mübahisə etdiyi Mehmet Özacar tərəfindən öldürülüb. Mühakimə olunan Mehmet Özacar qəsdən adam öldürməyə görə, 16 il 8 ay azadlıqdan məhrum edilib. Bu hadisədən sonra 2 ailə arasında düşmənçilik başlayıb. iddiaya görə, Mehmet Kartalın yoldaşı Hikmət Kartal, qardaşı Gülhan Alparslan (53) ilə intiqam almaq üçün zaman-zaman danışıqlar aparıb. Bunun üçün pula ehtiyac olduğunu söyləyən oğlu Serdar Kartal dayısı Gülhan Alparslanın maliyyə dəstəyi ilə Mərmərədə bir iş yeri açıb.
Özacar ailəsinin onun ailəsinə təzyiq etdiyini öyrənən Serdar Kartal Adanaya qayıdaraq 2 tapança alıb. Serdar Kartal avtomobili ilə dostu Yener Sarının (26) iş yerində təmir etdirmə bəhanəsi ilə gəldiyində Seydi Özacarın Aliya İzzət Begoviç Bulvarında işlətdiyi kafesinin yerini müəyyənləşdirib. 12 mayda qardaşı Əziz Kartal ilə birlikdə kafeyə gedən Serdar Kartal, Seydi Özacarı öldürüb. Başladılan istintaq çərçivəsində Hikmət, Serdar Kartal ilə Yener Sar həbs olunublar.
Hadisə ilə əlaqədar istintaqı tamamlayan Respublika Prokuroru iddianaməsini hazırlayıb. Seydi Özacarın intiqam məqsədi ilə öldürüldüyünü bildirən prokuror, Serdar, Əziz, Hikmet Kartal, Yener Sari, Gülhan Alparslan, Mehtap Örs (44) və Ənəs Akıncı (33) haqqında ömürlük , Zeynep Doğan (33), Vəli Örs (39), Abdullah (71) və Qurur Alparslan (23) haqqında isə cinayət dəlillərini gizləmə əməllərinə görə 5 ilə qədər həbs cəzası istəyi ilə 9-cu Ağır Cəza Məhkəməsində iddia qaldırıb. Şübhəlilər önümüzdəki günlərdə hakim qarşısına çıxacaq. Milli.az Milliyet-ə istinadən xəbər verir.