Sürücülərə xəbərdarlıq
İsti yay günlərində bəziləri avtomobilin kondisioneri işləsin deyə mühərriki işlək vəziyyətda avtomobili park etmək qanunsuz və təhlükəlidir. Bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat yayıb. Onun sözlərinə görə, hətta bəziləri belə avtomobili xeyli müddətə tərk edib gedirlər. Bu həm qanunsuzdur, həm də çox təhlükəlidir. “Qaydalar sürücünün mühərriki işləyən avtomobili tərk etməsini qadağan edir. Səbəb isə təhlükəli olmasıdır. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır.
10 İyul 2017 15:41 Sosialİsti yay günlərində bəziləri avtomobilin kondisioneri işləsin deyə mühərriki işlək vəziyyətda avtomobili park etmək qanunsuz və təhlükəlidir. Bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat yayıb. Onun sözlərinə görə, hətta bəziləri belə avtomobili xeyli müddətə tərk edib gedirlər. Bu həm qanunsuzdur, həm də çox təhlükəlidir. "Qaydalar sürücünün mühərriki işləyən avtomobili tərk etməsini qadağan edir. Səbəb isə təhlükəli olmasıdır. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır.
Durduğu yerdə mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər. İstehsalçı zavodların əksər avtomobillərə mühərriki işləyən avtomobilin qapılarını bayırdan kilidləmək funksiyasını qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli elektrik sisteminə müdaxil edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur.
Ekoloji ziyan da göz qabağındadır. Dayanan avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılar tədricən zəhərlənir, avtomobilin özündə olan adam isə çox asanlıqla dəm qazından ölə bilər. Ölkəmizdə tez-tez belə hallar (bir qədər qapalı yerlərdə olsa da) baş verir. Belə halda avtomobilə texniki zərər də dəyir və s". Publika.az