Narkotacirlər həbs olundu

Türkiyənin Bursa şəhərində Baş Polis idarəsinin Narkotik və Narkoticarət ilə Mübarizə bölməsinin  əməkdaşları şəhərdə geniş fəaliyyət göstərən narkotik ticarətçilərinə qarşı uğurlu əməliyyat həyata  keçiriblər.

Türkiyənin Bursa şəhərində Baş Polis idarəsinin Narkotik və Narkoticarət ilə Mübarizə bölməsinin  əməkdaşları şəhərdə geniş fəaliyyət göstərən narkotik ticarətçilərinə qarşı uğurlu əməliyyat həyata  keçiriblər. Əməliyyat nəticəsində məlum olub ki, şəhərdə geniş fəaliyyət göstərən narkotik tacirlərinin çoxu İran vətəndaşlarıdı. Narkoticarət ilə Mübarizə İdarsəinə İrandan Van üzərindən çoxlu miqdarda narkotik maddə gətiriləcəyi məlumatı daxil olub. Dərhal əməliyyat həyata keçirən polis əməkdaşları İran vətəndaşlarından 3kq metaamfitamin, çətənə kolu və çoxlu miqdarda digər narkotik maddə aşkar edilərək götürüblər. Əməliyyat zamanı 5 nəfər şübhəli şəxs saxlanılıb. İstintaq başladılıb.

Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31