Gündəm
Qəzaya düşən qadının həyatının son saniyələri - VİDEO
Nikol Barabasova adlı qadın bilmədən öz ölümünü videoya çəkib. Qadın rəfiqəsi ilə birlikdə maşında oturarkən Facebook-da canlı yayım edib. Nikol gülərək kameraya baxarkən rəfiqəsi sürəti artırıb. Anidən onlar qəzaya düşüblər. Hadisə nəticəsində Nikol Barabasova dünyasını dəyişib.
“Media söz, məlumat azadlığını, plüralizmi həm yaradır, həm ondan özü yararlanır”
Ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmlə bağlı vəziyyət, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlı “OLAYLAR”ın suallarını Milli QHT Forumu İdarə Heyətinin üzvü, CASCFEN başqanının müşaviri Əkbər Qoşalı cavablandırır
"Azərbaycanın 22-ci Dünya Neft Konqresində iştirakı konqresin səmərəli keçməsinə çox böyük kömək edəcək"
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etməsi, ölkəmizə neftlə bağlı məsələlərin müzakirəsində yaxından iştirak etməyə, bu məsələlər barəsində təcrübəmizi bölməyə imkan verir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə deyib.
İran XİN: "Son qarşıdurma zamanı 2 yaşlı uşağın ölməsi çox ağrılıdır"
"Dağlıq Qarabağda qarşıdurma və gərginliyin artması nə bölgə xalqlarının, nə də bizim xeyrimizədir". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında 2 yaşlı Zəhranın ermənilərin atəşi nəticəsində qətlə yetirilməsi ilə bağlı sualına cavabında deyib.
Ermənilər Qarabağa gedən yolu bağladılar
Ermənistanda etiraz aksiyası vətəndaşlar İrəvan-Vardenis-Qarabağ magistral yolunu bağlayıblar. Bu barədə "newsarmenia" saytı xəbər yayıb.
“Qarabağnamə” mövsümə yekun vurdu
Akademik Milli Dram Teatrı mövsümə İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vurub. Teatrın mətbuat xidmətindən “Olaylar” -a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoruxalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Şəmkir sakini traktorun altında qalıb
İyulun 8-də Şəmkir rayonunun Yeni Göyçə kəndinin ərazisində Dağ Cəyir kənd sakini Elşən Orucov idarə etdiyi “MTZ-892” markalı traktoru aşırıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə sürücünün babası Qonarı Orucov hadisə yerində ölüb. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur
Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13.7 km-lik hissəni əhatə edir. Təmir-bərpa işləri zamanı yiolun 10.7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır.
Keçən ay dövlət büdcəsinə 115 milyon 724 min manat vəsait ödənilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyun ayında dövlət büdcəsinə 115 milyon 724 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin iyun ayı ilə müqayisədə 16 milyon 764 min manat və ya 116,9 faiz çoxdur.
NATO-dan Moskvaya Krım XƏBƏRDARLIĞI
“Şimali-Atlantika Müqaviləsi Təşkilatı Ukraynanı dəstəkləyir və heç vaxt Krımın Rusiya tərəfindən zəbtini tanımayacaq”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən Ukrayna-NATO Komissiyasının iclasının açılışı zamanı hərbi alyansın baş katibi Yens Stoltenberq deyib.
Azərbaycanda siqaret bahalaşa bilər
Dünya Bankı siqaretə vergi artırılmasının tətbiqinin tərəfdarıdır. Bu fikirlər Dünya Bankının nümayəndələri – insan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban (Moldova) və səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenkonun (Ukrayna) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) müzakirələri zamanı səsləndirilib.
Suriyada PKK-ya qarşı üsyan bayrağı qaldırıldı
Suriyanın Hələb şəhərində yerli sakinlər PKK/PYD terror təşkilatına qarşı etiraz aksiyası təşkil ediblər. Aksiya tarlada işləyən 14 yaşlı qızın dünən terrorçular tərəfindən qətlə yetirilməsinə etiraz olaraq təşkil edilib. Nümayişdə iştirak edənlər terror təşkilatını lənətləyən şüarlar səsləndiriblər. Ətraf ərazilərin sakinlərinin də qatıldığı aksiyada ərəb və ingilis dillərində “PKK-nı xəyanətkarlıqla evlərimizə yerləşdirdiniz, indi isə onları zülmlə evimizdən çıxaracaqsınız!” tipli pankartlar açılıb.
Daxili orqanında narkotik maddə aşkarlandı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Əfqanıstan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
DGK dövlət büdcəsinə 1,15 mlrd. manat köçürüb
Cari ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 148 mln. 556,79 min manat daxil olub. “Olaylar” xəbər verir ki, komitənin açıqladığı statistik məlumatda bildirilir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 153 mln. 177,52 min manat və ya 15,39% artıb.
Böyük Britaniya parlamentinin binasında yanğın həyəcanı
Londonda Böyük Britaniya parlamentinin binası təxliyə edilir. Buna yanğın siqnalizasiyasının işə düşməsi səbəb olub. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir. Bölgəyə yanğınsöndürənlərin cəlb olunduğu bildirilir.














