Gündəm
Ekspert: “Azərbaycan bu gün hərbi yox, siyasi sahədə uğur əldə etməyə çalışmalıdır”- VİDEO
“Ermənistan ordusunun cəbhəyanı kəndlərdə dinc azərbaycanlı əhalini atəşə tutmasının səbəbi var. Ermənistan 2015-ci ildə yeni hərbi doktrina qəbul edib. Ermənilərin düşüncəsinə görə, onlar hərbi baxımdan Azərbaycana artıq tab gətirə bilmirlər. Ona görə də başqa hədəf seçdilər – yaşayış məntəqələrini, mülki şəxsləri və obyektləri. Yaşayış məntəqələrini atəşə tutmaq taktikası ermənilərə sərf edir”.
Prezident İlham Əliyev: “Bu gün enerji təhlükəsizliyi deyəndə, Azərbaycanın icra etdiyi layihələr yada düşür”
“Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birgə icra etdiyimiz layihələr bir çox ölkənin enerji balansını və enerji təhlükəsizliyini təmin edəcək”. Bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Prezident: "Şahdəniz-2" layihəsinin icrası yaxınlarda tam başa çatacaq"
"Dünya miqyasında ən böyük qaz yataqlarından biri olan və Azərbaycana məxsus "Şahdəniz" 1-1,2 trln. kubmetr ehtiyata malikdir". Bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.
Ərdoğan: "Cənub Qaz Dəhlizi" Türkiyə üçün prioritetdir"
"Tikinti başa çatan və inşası davam etdirilən enerji layihələri Türkiyənin strateji mövqeyini və rolunu bir daha üzə çıxardı". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. Ölkə başçısı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin önəminə xüsusi diqqət çəkib.
Azərbaycan prezidenti: “Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi”
“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır, əməkdaşlıq çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli, strateji layihələrin icrasına imkan verib”.
Prezident İlham Əliyev: “Türkiyə gücləndikcə Azərbaycan da güclənir”
“Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah, tərəqqi arzulayıram”. Bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi ermənilərin Alxanlı kəndindəki təxribatları ilə bağlı bəyanat yayıb
Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan azərbaycanlılar adından Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndindəki təxribatları ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Parlamentinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıb.
Film sərgilər Bakıda
İyulun 16 – da British Council CoolConnections və Park Cinema yeni layihə təqdim ediləcək. Park Cinemadan “Olaylar” – a bildirilib ki, britaniyalı rejissor Fil Qrabskidən yüksək keyfiyyətdə və iri ekranda FİLM-SƏRGİLƏRİ izləniləcək. Londonun Milli qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, habelə Norveç milli muzeyi, Munka muzeyi, Amsterdam Dövlət muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq incəsənət sevərlərə təqdim olunacaq. Britaniyalı sənədli film rejissoru Fil Qrabskinin film-sərgiləri London, Oslo, Paris, Nyu-Yorka da müxtəlif muzaylərində sərgilənib.
Baş nazir: "Türkiyə, Gürcüstan və Azərbaycan regional əməkdaşlığın önəmini dünyaya nümayiş etdirdi"
"Regional əməkdaşlığın nə dərəcədə önəmli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə dünyaya nümayiş etdirdik".
"Telefonumda danışıqları yazan proqram var, qulaq assanız..." - "MTN işi"
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycanda bu müəllimlərdən vergi alınacaq
"Fərdi repetitorluq sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olanlar fiziki şəxslər kimi sahibkarlıq fəaliyyətinə başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar".
Nazir müavini BMT-nin sessiyasına qatılıb
Azərbaycanın Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyinümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müavini Seyfədddin Talıbovun FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson ilə iki tərəfli görüşü keçirilib. Görüş zamanı Seyfəddin Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizdə kənd təsərrüfatı sahəsindəhəyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verib.
Daşkənddə Seyid Rza Əlizadə haqqında kitab çap edilib
Daşkənddəki “Şərq” nəşriyyatında Səmərqənddə yaşamış soydaşımız, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, jurnalist, tərcüməçi Seyid Rza Əlizadə haqqında özbək dilində “Seyid Rza əbədiyyəti” adlı kitab çap edilib. Nəşrdə Seyid Rza Əlizadə irsinin tədqiqatçısı, professor Qeybulla Əs-Salom, ədibin nəvəsi Fərhad Əlizadə və digər tədqiqatçıların onun haqqında məqalələri toplanıb.
4 nəfər avtoqəzada ölüb
Azərbaycanda istirahət günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. İyulun 9-da respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən şəxslər tutulub
Mayın 28-də Binəqədi rayonu ərazisindəki mənzillərdən birindən 300 manat pul oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əlibaba İsgəndərov Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Həmçinin Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 19-dan aprelin 21-dək olan müddətdə rayon ərazisində 3 evdən kombi aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Abbasov tutulub. Hər iki faktla bağlı araşdrma aparılır.














