Film sərgilər Bakıda

İyulun 16 – da British Council CoolConnections və Park Cinema yeni layihə təqdim ediləcək. Park Cinemadan “Olaylar” – a bildirilib ki, britaniyalı rejissor Fil Qrabskidən yüksək keyfiyyətdə və iri ekranda FİLM-SƏRGİLƏRİ izləniləcək. Londonun Milli qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, habelə Norveç milli muzeyi, Munka muzeyi, Amsterdam Dövlət muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq incəsənət sevərlərə təqdim olunacaq. Britaniyalı sənədli film rejissoru Fil Qrabskinin film-sərgiləri London, Oslo, Paris, Nyu-Yorka da müxtəlif muzaylərində sərgilənib.

İyulun 16 - da British Council CoolConnections və Park Cinema yeni layihə təqdim ediləcək.

Park Cinemadan "Olaylar" - a bildirilib ki, britaniyalı rejissor Fil Qrabskidən yüksək keyfiyyətdə və iri ekranda FİLM-SƏRGİLƏRİ izləniləcək. Londonun Milli qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, habelə Norveç milli muzeyi, Munka muzeyi, Amsterdam Dövlət muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq incəsənət sevərlərə təqdim olunacaq. Britaniyalı sənədli film rejissoru Fil Qrabskinin film-sərgiləri London, Oslo, Paris, Nyu-Yorka da müxtəlif muzaylərində sərgilənib.

HD çəkiliş sayəsində ilzəyicilər qədim ustad və impressionistlərin, XVII əsrin hollandiyalı rəssamları və rəssam-avanqardistlərin şah əsərlərini incəliklərinə kimi izləyə biləcəklər. Bu filmlər dünaynın 50 ölkəsində 150-dən çox kinoteatrda numaiş olunub.

Bakıda layihəyə yeddi tammetrajlı filmin nümayişi ilə start verilir.

Layihə çərçivəsində aşağıdakı filmlər nümayiş olunacaq.

Rəssamlıqda bağlar: Monedən Matissaya 16 iyul - 13:00 Park Cinema, Flame Towers

Qoya: cism və qan təxəyyülü 23 iyul - 13:00 Park Cinema, Flame Towers

Renuar: Naməlum rəssam 30 iyul - 13:00 Park Cinema, Flame Towers

Leonardo HD 6 avqust - 13:00 Park Cinema, Flame Towers

Mikelancelo: Məhəbbət və ölüm 13 avqust - 13:00 Park Cinema, Flame Towers

İmpressionistlər 20 avqust - 13:00 Park Cinema, Flame Towers

Vinsent van Qoq: Yeni baxış 27 avqust - 13:00 Park Cinema, Flame Towers

Mən, Klod Mone 3 sentyabr - 13:00 Park Cinema, Flame Towers

Mirvari sırğalı qız 10 sentyabr - 13:00 Park Cinema, Flame Towers

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31