Oğurluqda şübhəli bilinən şəxslər tutulub
Mayın 28-də Binəqədi rayonu ərazisindəki mənzillərdən birindən 300 manat pul oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əlibaba İsgəndərov Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Həmçinin Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 19-dan aprelin 21-dək olan müddətdə rayon ərazisində 3 evdən kombi aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Abbasov tutulub. Hər iki faktla bağlı araşdrma aparılır.
10 İyul 2017 14:01 KriminalMayın 28-də Binəqədi rayonu ərazisindəki mənzillərdən birindən 300 manat pul oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əlibaba İsgəndərov Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Həmçinin Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 19-dan aprelin 21-dək olan müddətdə rayon ərazisində 3 evdən kombi aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Abbasov tutulub. Hər iki faktla bağlı araşdrma aparılır.