Gündəm
Keçmiş məhkum döyülərək öldürülüb
İyulun 9-da Kəpəz rayonunun A.Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.
“Smart Start” proqramına seçilən gənclər Bakcell şirkətində təcrübə keçməyə başlayırlar
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətin Satış və Marketinq şöbələrində təcrübə keçməyə başlayırlar.
Evlərin qənimi ələ keçib
İyulun 6-dan 8-dək olan müddətdə Məhəmmədi kəndindəki evlərdən birindən 3500 manat dəyərində qızıl əşyalar, 1 ədəd televizor, 1 ədəd müvafiq sənədləri olan "LOST-4" markalı yivli tüfəng və 15 ədəd patron oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mirzahid Zeynalov tutulub. Araşdırma aparılır.
İtaliya Parlamentində Ermənistanın təcavüzünü pisləyən BƏYANAT
İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divinanın İtaliyanın "Agenzia Nova" xəbərlər agentliyinin saytında və "L'Opinione" qəzetində 4 iyul Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu, 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması və nəticədə mülki azərbaycanlıların, yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər şəxsin yaralanması və mülki obyektlərə zərər yetirməsini pisləyən, eləcə də Ermənistanın işğalçılıq siyasətini tənqid edən açıqlamaları dərc olunub.
Nur Yerlitaş xəstəxanaya yerləşdirildi - vəziyyəti ağırdır
Bodrumda tətil edən modelyer Nur Yerlitaşın vəziyyəti pisləşib. Dərhal xətəxanaya aparılan Yerlitaşın pnevmaniya olduğu üzə çıxıb. O, hazırda həminlərin nəzarəti altındadır.
BAXCP rəsmisi: “Arif Hacılı ənənəvi olaraq maksimalist bəyanatlarla çıxış edir”
Musavat partiyasının başqanı Arif Hacılının facebookda verdiyi bəyanatı ölkənin müxtəlif ictimai-siyasi dairləri tərəfindn iztehza ilə qarşılanıb. Müsavat başqanı adıçəkilən sosial şəbəkədəki şəxsi hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Dağlıq Qarabağı işğaldan azad etmək üçün türk ordusuna əmr verməyə” çağırış edib. Məhz bu çağırışdan sonra istər iqtidar, istərsə də müxalifət düşərgəsində, hətta müsavatçılar arasında Hacılının çağırışı gülüşlə qarşılanıb.
"Qafqazda sülhü bərqərar etmək üçün zəruri addımlar atılmalıdır"
"İyulun 4-də erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı uşağı və nənəsini qətlə yetirməsi vəhşilikdir. Ermənilər bununla terrorçu olduqlarını bir daha təsdiq etmiş oldular". Bu fikirləri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Şöbə müdiri: "Bu il həşəratlardan zəhərlənmə halı azdır"
"Cari ilin aprel ayından hazırki dövrə qədər 13 nəfəri ilan sancıb". Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, iyun ayında 1 nəfəri qara qurd hörümçəyi, 2 nəfəri isə əqrəb sancıb: "Ümumiyyətlə, havalar istiləşdikdə hörümçəyin bir növü olan qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur. Buna görə insanlar daha ehtiyatlı olmalı, özlərini həşəratlardan qorumalıdırlar. Bu il havalar sərin keçdiyindən müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır".
Mustafa Ceceli bu gün ikinci dəfə evlənir
Bir müddət əvvəl həyat yoldaşından boşanan müğənni Mustafa Ceceli bu gün ikinci dəfə evlənir. Sevgilisi Selin İmerlə nikah masasına oturmağa hazırlaşan Mustafa toy etməyəcəyini deyib. Mərasimdə sadəcə S.İmerin yaxınları iştirak edəcək.
"Rusiya açıq şəkildə göstərir ki, Ermənistanın tərəfindədir"
"İndiyə kimi Dilqəm Əsgərovla maraqlanmayan Rusiyanın Bakıya narkotik daşıyan ermənilərin qayğısına qalması təəccüb doğrur". Bunu politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, Rusiyanın Azərbaycana qarşı münasibəti təəccüb doğrur.
"El Klasiko"nun bileti fantastik qiymətə
İspaniya nəhəngləri "Barselona" və "Real" bu ay beynəlxalq turnirdə üz-üzə gələcəklər. İyulun 29-da keçiriləcək görüş üçün biletlərin qiymətləri astronomik məbləğdədir.
Türkiyəni sarsıdan vəhşiliklə bağlı inanılmaz faktın üstü açıldı
Türkiyəni yasa boğan Sakaryada suriyalı 9 aylıq hamilə qadın və 10 aylıq körpəsinin vəhşicəsinə öldürüldüyü hadisənin ağrı-acısı bitməmiş, qətli törədən Birol ilə bağlı daha bir şok detal ortaya çıxıb.
Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib
İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Ata söyüşünə görə qətl törədən idmançı ilə bağlı FEDERASİYADAN AÇIQLAMA
"Gəncədə 39 yaşlı kişinin qətlə yetirən idmançının heç bir nailiyyəti olmayıb". Bu barədə Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri İntizarə Əbilova məlumat verib. İ. Əbilova qeyd edib ki, Eldəniz Məmmədov 8 il qabaq kikboksla məşğul olub: "Bizim çempionlarla bağlı siyahımız var. Siyahıda bu şəxsin adı yoxdur. Gəncədə olan müəllimlərimizlə də əlaqə saxlamışıq. Belə adda idmançı olmadığını dedilər".
"Asan İmza" mobil identifikasiyalar sahəsində yeni səhifə açır
Sürətli inkişaf dinamikası ilə hər kəsi heyrətləndirən informasiya-kommunikasiya texnologiyaları (İKT) insan fəaliyyətinin hər sahəsinə inamla daxil olub. Kiçik alətlərlə idarə olunan bu nəhəng sferanın nüfuzu artmaqdadır və yaxın gələcəkdə ən etibarlı vasitə olduğunu tam şəkildə ortaya qoyacaq.














