"Qafqazda sülhü bərqərar etmək üçün zəruri addımlar atılmalıdır"
"İyulun 4-də erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı uşağı və nənəsini qətlə yetirməsi vəhşilikdir. Ermənilər bununla terrorçu olduqlarını bir daha təsdiq etmiş oldular". Bu fikirləri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
10 İyul 2017 13:49 Siyasət"İyulun 4-də erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı uşağı və nənəsini qətlə yetirməsi vəhşilikdir. Ermənilər bununla terrorçu olduqlarını bir daha təsdiq etmiş oldular". Bu fikirləri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

O bildirib ki, ermənilərin vəhşiliyini artıq beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər bir daha görmüş oldular: "Bu baxımdan dünya birliyi erməni vəhşiliyinin qarşısını almaq üçün Ermənistana ciddi təzyiqlər göstərməlidir. Artıq beynəlxalq təşkilatlar və aparıcı dövlətlər kəskin mövqelərini ortaya qoymalıdırlar. İlk növbədə mən bunu ATƏT-in Minsk qrupundan, həmin quruma üzv dövlətlərdən gözləyirəm. Çünki, aparıcı dövlətlər, beynəlxalq qurumlar beynəlxalq hüquq prinsiplərinə biganə yanaşmağa davam etdikcə, ermənilərin bu vəhşilikləri də davam edəcək". R. Rzayev əlavə edib ki, qafqazda sülhü bərqərar etmək üçün zəruri addımlar atılmalıdır: "Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanı işğalçı siyasətindən əl çəkməyə məcbur etmək üçün qəti addımlar atmalıdırlar". Məlumat üçün nəzərinizə çatdıraq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Nəticədə 966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Sia.az