Gündəm
Qarabağ münaqişəsinin siyasi həll variantı tükənib
Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə əngəl olmaqdadır. İşğalçı ölkənin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşları atəşə tutması və insan tələfatına yol açan hadisənin baş verməsi bunun əyani sübutudur.
Ermənilər ordu ilə deyil, qadınlar, qocalar və uşaqlarla döyüşürlər
ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı sessiyasında sessiyası başa çatıb. Sessiyada Minsk Bəyannaməsi qəbul edilib. Qurumun İnsan hüquqları və humanitar məsələlər üzrə komitəsi tərəfindən hazırlanmış Azərbaycan, Belarus və Rusiya əleyhinə hazırlanmış “Şərqi Avropada vəziyyət” qətnaməsi Minsk Bəyannaməsinə daxil edilməyib.
Elçin Hüseynbəyli yazır... Müsəlman alveri -2
Bu barədə bir dəfə yazmışam. Yəqin çoxlarının yadından çıxıb, elə mənim özümün də. Ona görə də həmin yazıdan bir xatırlama yerinə düşər. Müsəlman alveri ilə xaçpərəst alverinin (şərqli və qərbli də demək olar) əsas bir fərqi var: xaçpərəstin alveri yaxşı gedəndə xidmətin (yaxud malın) qiyməti aşağı düşür, keyfiyyəti artır; müsəlmanlar da isə əksinədir: müsəlmanın alveri yaxşı gedəndə xidmətin (yaxud malın) qiyməti qalxır, keyfiyyəti isə aşağı düşür.
“Texnologiyalar elə sürətlə dəyişir ki,....”
Müasir dünyamızda informasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə əl əməyinə də tədricən az ehtiyac duyulmur, yaxud əl əməyi ilə çalışanların sayı mərhələ-mərhələ azalır. Bu da heç şübhəsiz ki, son nəticədə müəyyən mənada işsizliyə, ölkələrdə sosial durumun mənfi istiqamətə doğru getməsinə səbəb olur.
“Hamı güllələnəcək!” - Erməni nazirin məsləhətçisindən “Qırmızı terror” ANONSU
Ukraynanın daxili işlər naziri, Arsen Avakovun məsləhətçisi, Sosialist Partiyasının lideri İlya Kiva “qırmızı terror” təşkil edəcəyinə söz verib. Kiva vurğulayıb ki, onun rəhbərliyi altında olan partiya Ukrayna oliqarxlarının məhv edilməsi üçün effektiv silah olacaq. “Oliqarxlara qırmızı terror!” - Kivanın statusunda deyilir. Məsləhətçi statusuna video əlavə edib. O videoda hədəfləri tapança ilə güllələyirdi. Ötən ilin sonunda İlya Kiva bildirib ki, Avakov prezident kreslosunu ona verməyə söz verib.
Proqnoza 102,5 faiz əməl olunub
Yanvar-iyun aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub. Bu barədə Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2017-ci ilin yanvar-iyun ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 3 milyard 352 milyon 375,58 min manat məbləğində vəsait ödənilməsi təmin edilib. Bununla da Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5 faiz əməl olunub.
152 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 avqust tarixində keçiriləcək hərracda 152 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 41-i kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.
Musiqili Teatrının əməkdaşı Beynəlxalq Müsabiqədə
Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” Beynəlxalq Müsabiqəsində 2-ci yerə layiq görülüb. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, F. Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.
Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və 22-ci Dünya Neft Konqresində iştirak edən digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb.
Ərdoğan ABŞ-ın dövlət katibi ilə görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət katibi ReksTillerson ilə görüşüb. Görüş İstanbuldakı "Tarabya" iqamətgahında keçirilib. Danışıqların məzmunu barədə məlumat verilmir.
Gürcüstanda bazar yandı
Gürcüstanın Poti şəhərində böyük əşya bazarında güclü yanğın olub. Şəhərin mərkəzində yerləşən bazardakı yanğını söndürmək üçün 9 yanğınsöndürmə briqadası iştirak edib.
Təhsil naziri vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov iyulun 17-də Tovuzda vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Tovuzdakı İdman Kompleksində baş tutacaq qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinləri iştirak edəcək.
Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin perspektivləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze, səfirliyinin mədəniyyət üzrə müşaviri Georgi Loria və Şota Rustaveli Teatrının direktoru Georgi Tevzadzedən ibarət nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun fəaliyyətinin perspektivləri müzakirə edilib.
Əl çantasında oğluna heroin ötürmək istədi
Penitensiar xidmətin Baş idarəsinin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Ərzaq alarkən ehtiyatlı olun
Yay mövsümünün başlaması və havaların qızması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Belə ki, saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya açıq havada günəş altında saxlanılması ərzaq məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və кeyfiyyətinin aşağı düşməsinə səbəb olur.














