Elçin Hüseynbəyli yazır... Müsəlman alveri -2

Bu barədə bir dəfə yazmışam. Yəqin çoxlarının yadından çıxıb, elə mənim özümün də. Ona görə də həmin yazıdan bir xatırlama yerinə düşər. Müsəlman alveri ilə xaçpərəst alverinin (şərqli və qərbli də demək olar) əsas bir fərqi var: xaçpərəstin alveri yaxşı gedəndə xidmətin (yaxud malın) qiyməti aşağı düşür, keyfiyyəti artır; müsəlmanlar da isə əksinədir: müsəlmanın alveri yaxşı gedəndə xidmətin (yaxud malın) qiyməti qalxır, keyfiyyəti isə aşağı düşür.

Elçin Hüseynbəyli

Müsəlman alveri -2

Bu barədə bir dəfə yazmışam. Yəqin çoxlarının yadından çıxıb, elə mənim özümün də. Ona görə də həmin yazıdan bir xatırlama yerinə düşər. Müsəlman alveri ilə xaçpərəst alverinin (şərqli və qərbli də demək olar) əsas bir fərqi var: xaçpərəstin alveri yaxşı gedəndə xidmətin (yaxud malın) qiyməti aşağı düşür, keyfiyyəti artır; müsəlmanlar da isə əksinədir: müsəlmanın alveri yaxşı gedəndə xidmətin (yaxud malın) qiyməti qalxır, keyfiyyəti isə aşağı düşür. Bu, məlum və məşhur müşahidəylə, yəqin ki, mübahisə edən az tapılar. İndi bizdə bu cür alverin xarakteri dəyişib. Müştəri indi, guya ki, daha intellektual şəkildə aldadılır. Məsələn, əvvəllər dükan - mağazaların, çağdaş dillə desək, marketlərin, yaxud super marketlərin qarşısına, pəncərələrinə qiymət endirimlərilə bağlı bildirişlər vurulurdu və çoxları bunun həqiqiliyinə inanmasa da, inananlar tapılırdı. Bəzən insan özü-özünü aldatmaq istəyir. Hətta bir malın qiyməti 70 faiz aşağı salınandan sonra belə, fantastik qiymətə satılırdı. Əhali getdikcə bu bicliyə alışandan sonra müsəlman alverçilərimiz daha bir yeniliyə (bicliyə) əl atıblar. Reklam, yaxud antireklam olmasın deyə ad çəkməyəcəm və bunu bir nümunəylə izah etməyə çalışacam.

Məlum ticarət mərkəzi cəcgücləndirici ilə elan edir ki, indi aldığınız hər bir malın üstündə sizə bir kupon veriləcək və iyun ayının 10-dan 24-dək (tarix şərtidir) kim bu mağazadan mal alarsa, həmin kupona görə 15 faiz endirim olacaq. Hər şeyə inanan bizim üzüyola qardaş-bacılarımız da ürəyində bu yeniliyə sevinir. Hər halda bəyəndiyi malı bir həftədən sonra 15 faiz endirimə alacaq. Amma deyilən vaxt ticarət mərkəzinə gələndə başqa mənzərənin şahidi olur.

Yox, düz tapmadınız. Hər şey doğrudur: kupon da, satılan məhsullar da. Sadəcə xırda bir dəyişiklik var: indi sən almaq istədiyin mal (şalvar, köynək, kostyum) 20 faiz bahalaşıb...

Necədir, sizinçün?

Kimsə mənim bu yazımı ovqat açmaq üçün yazdığımı düşünə bilər və düz də eləyər. Belə mürəkkəb bir zamanda özümüzə gülmək daha sərfəlidir. Nahaq deməyiblər ki, meymun güzgüyə baxıb, özünə gülməyə başlayandan sonra adama çevrilməyə başlayıb...

Amma bu cür xırdalıqların altında, dostlar, böyük mətləblər yatır. Bu aldadıb-aldatma əməliyyatında insanların bir-birinə etimad və etibarı azalır. Etimad və etibar olmayan cəmiyyətdə isə heç bir böyük problemi həll eləmək olmaz. Lap elə Qarabağ problemini də...

10 iyul, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31