Ermənilər ordu ilə deyil, qadınlar, qocalar və uşaqlarla döyüşürlər

ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı sessiyasında sessiyası başa çatıb. Sessiyada Minsk Bəyannaməsi qəbul edilib. Qurumun  İnsan hüquqları və humanitar məsələlər üzrə komitəsi tərəfindən hazırlanmış  Azərbaycan, Belarus və Rusiya əleyhinə hazırlanmış “Şərqi Avropada vəziyyət” qətnaməsi Minsk Bəyannaməsinə daxil edilməyib.

Bahar Muradov: " ATƏT Parlament Assambleyası bununla əlaqədar öz prinsipial mövqeyini bildirməlidir"

ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı sessiyasında sessiyası başa çatıb. Sessiyada Minsk Bəyannaməsi qəbul edilib. Qurumun  İnsan hüquqları və humanitar məsələlər üzrə komitəsi tərəfindən hazırlanmış  Azərbaycan, Belarus və Rusiya əleyhinə hazırlanmış "Şərqi Avropada vəziyyət" qətnaməsi Minsk Bəyannaməsinə daxil edilməyib. Səsvermə zamanı 43 nəfər qətnamənin Minsk Bəyannaməsinə daxil edilməsinin lehinə, 43 nəfər əleyhinə səs verib. Nəticədə qətnamə Minsk Bəyannaməsinə daxil edilməyib. Sessiyada iştirak edən Belarus parlamentinin Beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Valeriy Voronetskiy deyib ki, qətnamə çox qeyri-peşəkar, səriştəsiz və qərəzli hazırlanıb. Millət vəkili, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin digər həmkarlarımızla birgə işi ös səmərəsini verdi. ATƏT PA-nın tarixində ilk dəfə baş verən bu hadisədə Azərbaycan nümayəndə heyətinin apardlğı iş cox böyük əhəmiyyət kəsb edir: "Bu işdə əməyi olanlara dərin təşəkkürümü bildirirəm. Xalqımızı isə ürəkdən təbrik edirəm. Amma istəyirəm hər kəs bilsin ki, biz, digər nümayəndə heyətlərinin üzvləri- ədalətsizlik və qərəzli münasibəti siyasi və parlament fəaliyyəti ilə bir araya sığışdırmayan, obyektiv yanaşma tərzinə üstünlük verən həmkarlarımızla birgə belə bir qərarın qəbul olunmasına nail olduq". B. Muradova sessiyadakı yekun çıxışımğnda Avropa parlamentarilərinə xitabən qeyd edib ki, problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq lazımdır: "Mən bir daha sizin diqqətinizi Ermənistan-Azərbaycan silahlı qüvvələrinin qarşıdurma xəttində Azərbaycanın dinc sakinlərinin, o cümlədən iki yaşlı qızın öldürülməsi ilə nəticələnən son eskalasiyaya cəlb etmək istərdim. Beynəlxalq hüququ və insan hüquqlarını kobud şəkildə pozan bu hadisə dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayıb. Minsk qrupunun həmsədrləri olan ölkələr bu hadisəni pisləyiblər və onu danışıqlar prosesi əleyhinə yönəlmiş təxribat adlandırıblar. ATƏT-in Avstriya nümayəndəliyi, BMT-nin Baş katibi, Avropa Parlamentinin nümayəndələri olan bəzi ölkələrin xarici işlər nazirlikləri, AŞPA, bir sıra deputatlar, ictimai və din xadimləri də bunu pisləyiblər və belə bir hadisənin yolverilməzliyini vurğulayıblar. Fürsətdən istifadə edərək, hamımızın bölüşdüyü bəşəri dəyərlərin bu şəkildə pozulmasına laqeyd qalmayan hər kəsə təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, bizim Parlament Assambleyası da bununla əlaqədar öz prinsipial mövqeyini bildirməlidir. Belə hadisələrin təkrarlanmaması üçün bu, çox vacibdir".

O, bildirib ki, dünya ictimaiyyətinin reaksiyası fonunda Ermənistan tərəfinin bu hadisəyə münasibəti təəssüf doğurmaya bilməz: "Alxanlı kəndində guya Azərbaycan Silahlı Qüvvələrinin atəş nöqtələrinin yerləşməsi və Azərbaycanın öz vətəndaşlarından guya hədəf kimi istifadə etməsi barədə bəyanatlar cəfəngiyatdır və təhlükəli tendensiya olduğunu göstərir. Bu cür dəlillər bizə Xocalı soyqırımı dövründən məlumdur. Məlumat üçün qeyd edim ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və KİV nümayəndələri atəşə tutulmuş Alxanlı kəndinə gedərək, bu kənddə Azərbaycan ordusunun heç bir atəş nöqtəsinin yerləşmədiyinin şəxsən şahidi olublar. Bu hadisənin Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin aparıldığı və məcburi köçkünlərin ora qayıtdıqları bir vaxtda baş verməsi göstərir ki, bu provokasiya təsadüfən törədilməyib. Ermənistan məcburi köçkünlərin geri qayıtmasının qarşısını hər vasitə ilə almağa çalışır və cəbhə xəttində yaşayan əhalini doğma yurd-yuvalarından qovmaq məqsədi güdür. Belə bir vaxtda bütün müvafiq strukturlar məsuliyyət nümayiş etdirməli və regionda onsuz da mürəkkəb olan vəziyyətdə arzuolunmaz inkişafa aparan mümkün provokasiyaları dayandırmaq və problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq üçün münaqişənin dayanıqlı həllinə yönələn səylərini birləşdirməlidirlər".

Millət vəkili Elman Məmmədov isə bildirib ki, erməni silahlı birləşmələri Azərbaycanın dinc sakinlərinə qarşı döyüşür: "150-200 ildir ki, ermənilər Azərbaycanın dinc sakinlərini atəşə tutur, onları qətlə yetirir, vəhşiliklər törədirlər. Ermənilər ordu ilə döyüşmürlər, qadınlarla, qocalarla, uşaqlarla döyüşərək günahsız insanları qətlə yetirirlər. Bu, tarixən belə olub. Yaxın tariximizdə baş vermiş Xocalı soyqırımı buna bariz nümunədir. İndi də bu vəhşilik davam edir. Beynəlxlaq təşkilatlar, aparıcı dövlətlər tərəfindən isə indiyə kimi ermənilərə qarşı heç bir sanksiya tətbiq edilməyib. Çünki ermənilərə himayədarlıq edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlardır. Ermənistana qarşı cəza verəcək yeganə qurum Azərbaycan Silahlı Qüvvələridir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31