Avropa ölkələrinin səfirlikləri Rusiyanın xəbərdarlıqlarına baxmayaraq Kiyevi tərk etmir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə və digər şəhərlərə kütləvi zərbələrin davam edəcəyi barədə xəbərdarlıqlarına və xarici diplomatlara ölkəni tərk etmək çağırışlarına baxmayaraq, Avropanın diplomatiya missiyaları Ukrayna paytaxtında fəaliyyətlərini davam etdirəcəklərini bəyan ediblər. Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa, Estoniya və digər Aİ ölkələrinin səfirlikləri, eləcə də Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova Rusiyanın Vyana Konvensiyasına və beynəlxalq humanitar hüquqa əməl etməli olduğunu vurğulayaraq Kiyevdə qaldıqlarını bildiriblər.  

Aİ nümayəndəliyi və Polşa diplomatik missiyası bu növ təhdidlərin Ukraynaya göstərilən Avropa həmrəyliyini və dəstəyini sarsıda bilməyəcəyini, Kremlə qarşı təzyiqlərin daha da artırılacağını bəyan ediblər. Qərb mediasında diplomatik korpusun Lvova və ya Polşaya köçürülməsi ilə bağlı gizli müzakirələrin aparıldığına dair iddialara baxmayaraq, Ukrayna XİN-i xarici səfirliklərdən belə bir yerdəyişmə niyyəti barədə hər hansı rəsmi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31