Lavrov NATO-nun Əfqanıstanda hərbi infrastrukturunun yerləşdirilməsini qəbuledilməz adlandırıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva NATO-nun Əfqanıstanda və qonşu dövlətlərdə hərbi infrastrukturunun yerləşdirilməsini qəti şəkildə qəbuledilməz hesab edir.
"NATO hərbi infrastrukturunun Əfqanıstan və qonşu dövlətlər ərazisində hər hansı bir bəhanə ilə yerləşdirilməsinin qəti şəkildə qəbuledilməz olduğunu bir daha qeyd etmək istərdim", - deyə o, xüsusi nümayəndələr və yüksək vəzifəli şəxslər səviyyəsində Əfqanıstan üzrə Moskva formatında məsləhətləşmələr görüşünün açılışında bildirib.
"Tarixi təcrübənin göstərdiyi kimi, belə bir mövcudluq qeyri-sabitliyə və münaqişənin artmasına səbəb olur. Son onilliklərdə belə bir mövcudluğun başqa heç bir nəticəsini müşahidə etməmişik", - nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31