Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin perspektivləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze, səfirliyinin mədəniyyət üzrə müşaviri Georgi Loria və Şota Rustaveli Teatrının direktoru Georgi Tevzadzedən ibarət nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun fəaliyyətinin perspektivləri müzakirə edilib.
10 İyul 2017 12:59 SosialMədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze, səfirliyinin mədəniyyət üzrə müşaviri Georgi Loria və Şota Rustaveli Teatrının direktoru Georgi Tevzadzedən ibarət nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun fəaliyyətinin perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümündən danışan işçi qrupun həmsədri S.Məmmədəliyevə xalqlarımız arasında dostluq və mehriban qonşuluq dəyərlərinin əsrlər boyu mövcud olduğunu qeyd etdi. Daha sonra 25-ci ildönümü şərəfinə nəzərdə tutulan mədəniyyət tədbirləri ətrafında müzakirə aparılıb. Görüşdə 2017-2019-cu illərdə Cənubi-Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı tədbirlər planı da qeyd edildi. Bildirildi ki, bu münasibətlə YUNESKO Yubileylər Proqramı çərçivəsində cari ilin 19 sentyabr tarixində YUNESKO-nun Baş Qərargahında Azərbaycan, Gürcüstan və Almaniyanın dəstəyi ilə xüsusi tədbirinin keçirilməsi də nəzərdə tutulur.