Ermənistan müxalifəti AŞPA-nı seçkilərə qiymət verərkən qərəzli olmaqda ittiham edib – ÖZƏL
13:26 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" fraksiyasının deputatı Levon Koçaryan AŞPA müşahidə missiyasının ölkədəki seçkilərə dair məruzəsində xarici müdaxilələrin qeyri-bərabər qiymətləndirildiyini bildirib. Onun sözlərinə görə, sənəddə Rusiyanın təsiri təfərrüatı ilə qeyd olunduğu halda, Qərb ölkələrinin müdaxiləsindən yalnız ötəri bəhs edilib. Deputat vurğulayıb ki, Moskva hər hansı siyasi qüvvəni açıq dəstəkləmədiyi halda, Fransa və ABŞ hakim "Mülki müqavilə" partiyasını və baş nazir Nikol Paşinyanı açıq şəkildə müdafiə edib.
Koçaryan hesab edir ki, AŞPA-nın seçkilərə müsbət qiymət verməsi geosiyasi maraqlardan irəli gəlir və Qərbin siyasi kursuna uyğun gələn hakimiyyətin pozuntuları görməzdən gəlinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31