"El Klasiko"nun bileti fantastik qiymətə

İspaniya nəhəngləri "Barselona" və "Real" bu ay beynəlxalq turnirdə üz-üzə gələcəklər. İyulun 29-da keçiriləcək görüş üçün biletlərin qiymətləri astronomik məbləğdədir.

İspaniya nəhəngləri "Barselona" və "Real" bu ay beynəlxalq turnirdə üz-üzə gələcəklər. İyulun 29-da keçiriləcək görüş üçün biletlərin qiymətləri astronomik məbləğdədir.

Beynəlxalq Çempionlar Kuboku turniri çərçivəsində ABŞ-ın Mayami şəhərində baş tutacaq oyunun biletləri, əslində mart ayında satışa çıxarılmışdı. Həmin vaxt cəmi 20 dəqiqə ərzində bütün biletlər satılmışdı. Ancaq fanatlar yenidən "El Klasiko"ya bilet əldə etmək imkanı qazanıblar. Ancaq "təkrar bazar" adı altında satılan biletlərin qiyməti 283 dollardan başlayır. Ən bahalı bilet isə nə az, nə çox, düz 10 min dollardır.
 
Qeyd edək ki, "Real"la "Barselona" avqustda İspaniya Superkuboku çərçivəsində daha 2 dəfə üz-üzə gələcəklər. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31