ABŞ İrkutskda taun şübhəsi ilə bağlı vəziyyəti izləyir – ÖZƏL

Ağ Ev Rusiyanın İrkutsk vilayətində Vəba (Taun) Əleyhinə Elmi-Tədqiqat İnstitutunun əməkdaşının ölümündən sonra mümkün taun xəstəliyi və tətbiq edilən karantin tədbirləri barədə məlumatları diqqətdə saxlayır. 

Olaylar.az xəbər verir ki, Donald Tramp administrasiyasının nümayəndəsi "Axios" nəşrinə bildirib ki, Vaşinqton baş verənlərdən xəbərdardır və hadisələrin inkişaf ssenarilərini qiymətləndirir.   Hadisə sentyabrın sonunda 28 yaşlı laborant qadının ağır sətəlcəm əlamətləri ilə xəstəxanaya yerləşdirilməsi və oktyabrın 2-nə keçən gecə vəfat etməsi ilə başlayıb. Media ölüm səbəbinin ağciyər taunu olduğunu, zərərçəkənin ya Monqolustan sərhədindəki ocaqdan yoluxduğunu, ya da laboratoriyada probrikanı sındırdığını iddia edib. "Rospotrebnadzor" qəza versiyasını təkzib etsə də, xəstəxana karantinə alınıb və mərhumla təmasda olmuş 189 nəfər nəzarətə götürülüb. Yerli hakimiyyət orqanları müayinələrin mənfi nəticə verdiyini və vəziyyətin sabit olduğunu bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31