YAP-ın siyasi tarixində yeni mərhələnin başlanğıcı-Özəl
12:34 Siyasət"Azərbaycan siyasi həyatında mühüm hadisələrdən birinə şahidlik etdik. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Heydər Əliyev Mərkəzində keçirildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Bu qurultay YAP-ın siyasi tarixində yeni mərhələnin başlanğıcını ifadə etməklə yanaşı, müstəqil Azərbaycan dövlətinin keçdiyi böyük inkişaf yoluna, qazandığımız tarixi Zəfərə və qarşıda duran vəzifələrə nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Qurultay nümayəndələri olaraq bu mühüm toplantıya böyük məsuliyyət və qürur hissi ilə qatıldıq. VIII Qurultayın keçirildiyi məkanın özü də rəmzi məna daşıyır. Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan bu mərkəzdə partiyanın gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunması həm siyasi varisliyin, həm də dövlətçilik ənənələrinin davamlılığının ifadəsidir".