Fransa iğtişaşlarda iştirak edənlər üçün kollektiv məsuliyyət tətbiq etməyə hazırlaşır-ÖZƏL
12:14 SiyasətFransa hökuməti iğtişaşlarda iştirak edən şəxslərə, əmlaka birbaşa ziyan vurub-vurmamasından asılı olmayaraq, kollektiv məsuliyyət tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini Senata təqdim edəcək.
Olaylar.az xəbər verir ki, Fransa hökumətinin sözçüsü Mod Brejonun sözlərinə görə, qanun layihəsi oktyabrın 27-də Senata təqdim olunacaq. Layihəyə əsasən, yetkinlik yaşına çatmayanların vurduğu ziyana görə müəyyən hallarda valideynlərin ailə müavinətlərindən vəsait tutula bilər.
Bundan əlavə, zorakı qrupun hərəkətlərində iştirakını polis xəbərdarlığından sonra da davam etdirən şəxslərə kollektiv məsuliyyət prinsipi tətbiq olunacaq.
Qanun layihəsinin nə vaxt qəbul ediləcəyi hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31