BAXCP rəsmisi: “Arif Hacılı ənənəvi olaraq maksimalist bəyanatlarla çıxış edir”

Musavat partiyasının başqanı Arif Hacılının facebookda verdiyi bəyanatı ölkənin müxtəlif ictimai-siyasi dairləri tərəfindn iztehza ilə qarşılanıb.  Müsavat başqanı adıçəkilən sosial şəbəkədəki şəxsi hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Dağlıq Qarabağı işğaldan azad etmək üçün türk ordusuna əmr verməyə” çağırış edib. Məhz bu çağırışdan sonra istər iqtidar, istərsə də müxalifət düşərgəsində, hətta müsavatçılar arasında Hacılının çağırışı gülüşlə qarşılanıb.

Musavat partiyasının başqanı Arif Hacılının facebookda verdiyi bəyanatı ölkənin müxtəlif ictimai-siyasi dairləri tərəfindn iztehza ilə qarşılanıb.  Müsavat başqanı adıçəkilən sosial şəbəkədəki şəxsi hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "Dağlıq Qarabağı işğaldan azad etmək üçün türk ordusuna əmr verməyə" çağırış edib. Məhz bu çağırışdan sonra istər iqtidar, istərsə də müxalifət düşərgəsində, hətta müsavatçılar arasında Hacılının çağırışı gülüşlə qarşılanıb.

Özünü "ana müxalifət" hesab edən bir partiya sədrinin başqa bir ölkənin prezidentindən çağırış etməsi, yaxud da əmr verməsini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəzadə də qeyri-ciddi qarşıladığını deyib. O, saytımıza verdiyi açıqlamasında bildirib ki, Müsavat başqanı Arif Hacılı gündəmə gəlmək üçün başqa vasitə görmədiyi üçün ənənəvi olaraq maksimalist bəyanatlarla çıxış edir. "Belə bir müraciətlə çıxış edən şəxsin siyasi kimliyi barədə fikir bildirməyin özü belə qeyri-ciddi görünə bilər"-deyə qeyd edən BAXCP-nin sədr müavini belə düşüncəsiz məsələlərə uzun-uzadı rəy verməyi də doğru hesab etmədiyini deyib: "Bu baxımdan, adıçəkilən şəxsin təşəbbüslərinə uzun-uzadı münasibət bildirmək istəmirəm və bunu vaxt itkisi hesab edirəm". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31