Ermənistanda Serj Sarkisyanın dövrünə aid qanunsuzluqla bağlı cinayət işi açılıb – ÖZƏL
11:45 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu 20 ildən çox əvvəl dövlət əmlakının özgəninkiləşdirilməsi zamanı baş vermiş yolunuxmalarla bağlı cinayət işi başladaraq anti-korrupsiya Komitəsinə göndərib. Söhbət Əştərək icmasında yerləşən "Van Lake Paradise" restoran kompleksi və ona bitişik 2,56 hektar torpaq sahəsindən gedir. Hökumətin 2004-cü il tarixli qərarı ilə həmin dövrdə müdafiə naziri olmuş Serj Sarkisyanın məruzəsi əsasında dövlət əmlakı fiziki şəxsə birbaşa 500 min dollara satılıb. Lakin araşdırma göstərib ki, əmlakın dəyəri hələ 1997-ci ildə 500 min dollar qiymətləndirildiyi və sonradan genişləndirildiyi halda, 2005-ci ildə artıq 700 min dollar göstərilib. Bundan başqa, qanunsuz olaraq icarə hüququ saxlanılan 115,8 milyon dram (təxminən 317 min dollar) kadastr dəyərindəki torpaq sahəsi sonradan həmin şəxs tərəfindən əvəzsiz olaraq mülkiyyətə keçirilib. Dövlət maraqlarının müdafiəsi üçün Qarnizon Hərbi Prokurorluğu tərəfindən məhkəmədə iddia qaldırılıb və icraata götürülüb.