Ermənistan hökuməti Aİ ilə vizasız rejim müddətinin niyə dəyişdiyinə aydınlıq gətirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın administrasiyası Avropa İttifaqı ilə vizaların liberallaşdırılması müddətinin dəyişməsi barədə açıqlama verib. May ayında Paşinyan bu prosesin ən geci 2 il ərzində baş tutacağını bildirsə də, parlament seçkilərindən sonra - avqustda hədəf ilin 2029-cu il olduğunu elan edib. Hökumətdən bildirilib ki, 2026-2031-ci illər üzrə fəaliyyət proqramı çərçivəsində görüləcək işlərin həcmi nəzərə alınaraq 2029-cu il ən realist son müddət kimi müəyyənləşdirilib.

Kabinet vurğulayıb ki, hazırda Ermənistan Aİ ilə bu istiqamətdə aktiv dialoq aparan yeganə dövlətdir. Müddətin uzanması prosesin çoxşaxəli olması və Aİ qiymətləndirmə missiyalarının dövri səfərlərindən asılılığı ilə əlaqələndirilib. Bununla belə, hökumət imkan yaranacağı təqdirdə lazımi addımları daha qısa zamanda tamamlayaraq vətəndaşların Aİ-yə vizasız gediş-gəlişini daha tez təmin etməyi hədəfləyir. Qeyd edək ki, Aİ ilə viza dialoqu rəsmi olaraq 2024-cü ilin dekabrında başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31