NATO-dan Moskvaya Krım XƏBƏRDARLIĞI

“Şimali-Atlantika Müqaviləsi Təşkilatı Ukraynanı dəstəkləyir və heç vaxt Krımın Rusiya tərəfindən zəbtini tanımayacaq”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən Ukrayna-NATO Komissiyasının iclasının açılışı zamanı hərbi alyansın baş katibi Yens Stoltenberq deyib.

"Şimali-Atlantika Müqaviləsi Təşkilatı Ukraynanı dəstəkləyir və heç vaxt Krımın Rusiya tərəfindən zəbtini tanımayacaq". Bunu Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən Ukrayna-NATO Komissiyasının iclasının açılışı zamanı hərbi alyansın baş katibi Yens Stoltenberq deyib.

"Ukrayna tək partnyor ölkədir ki, Əfqanıstan və Kosovo da daxil olmaqla NATO-nun bütün missiyaları və əməliyyatlarında iştirak edir. Biz NATO-nun Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək üçün Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik", - NATO-nun baş katibi bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı öz təcavüzkar hərəkətlərinə davam etdiyi müddətdə NATO Kiyevi dəstəkləyəcək: "İttifaq ölkələri Krımın Rusiya tərəfindən qeyri-qanuni zəbtini heç vaxt tanımayacaqlar. Bundan başqa, Ukraynanın şərqindəki vəziyyət bizi narahat edir", - Stoltenberq vurğulayıb.

O həmçinin qeyd edib ki, Donbas münaqişəsinin nizama salınması üzrə Minsk razılaşmaları tam həcmdə yerinə yetirilməlidir. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31