Suriyada PKK-ya qarşı üsyan bayrağı qaldırıldı
Suriyanın Hələb şəhərində yerli sakinlər PKK/PYD terror təşkilatına qarşı etiraz aksiyası təşkil ediblər. Aksiya tarlada işləyən 14 yaşlı qızın dünən terrorçular tərəfindən qətlə yetirilməsinə etiraz olaraq təşkil edilib. Nümayişdə iştirak edənlər terror təşkilatını lənətləyən şüarlar səsləndiriblər. Ətraf ərazilərin sakinlərinin də qatıldığı aksiyada ərəb və ingilis dillərində “PKK-nı xəyanətkarlıqla evlərimizə yerləşdirdiniz, indi isə onları zülmlə evimizdən çıxaracaqsınız!” tipli pankartlar açılıb.
10 İyul 2017 15:01 DünyaSuriyanın Hələb şəhərində yerli sakinlər PKK/PYD terror təşkilatına qarşı etiraz aksiyası təşkil ediblər. Aksiya tarlada işləyən 14 yaşlı qızın dünən terrorçular tərəfindən qətlə yetirilməsinə etiraz olaraq təşkil edilib. Nümayişdə iştirak edənlər terror təşkilatını lənətləyən şüarlar səsləndiriblər. Ətraf ərazilərin sakinlərinin də qatıldığı aksiyada ərəb və ingilis dillərində "PKK-nı xəyanətkarlıqla evlərimizə yerləşdirdiniz, indi isə onları zülmlə evimizdən çıxaracaqsınız!" tipli pankartlar açılıb.
Dr. Əhməd Hafiz adlı etirazçı Türkiyə hökumətinə xitabən bildirib ki, onlar PKK terror təşkilatına qarşı türk xalqı ilə birlikdə mübarizə aparmaq istəyirlər. Publika.az