“Qarabağnamə” mövsümə yekun vurdu

Akademik Milli Dram Teatrı mövsümə İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vurub. Teatrın mətbuat xidmətindən “Olaylar” -a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoruxalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Akademik Milli Dram Teatrı mövsümə İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanmış "Qarabağnamə" tamaşası ilə yekun vurub. Teatrın mətbuat xidmətindən "Olaylar" -a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoruxalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Qeyd edək ki, tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və hökmdar İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31