Nika Qvaramiya keçmiş “Gürcü Arzusu” tərəfdarlarını etirazlara qoşulmağa çağırıb – ÖZƏL
10:34 SiyasətOlaylar.az xəbər verir ki, müxalif "Dəyişikliklər üçün Koalisiya"nın liderlərindən biri Nika Qvaramiya sosial şəbəkədə hakim partiyanın keçmiş tərəfdarlarının ölkənin ictimai həyatındakı roluna münasibət bildirib. O qeyd edib ki, keçmişdə Bidzina İvanişviliyə səs verən şəxslərdən ictimai şəkildə səhvini etiraf etməyi və ya üzr istəməyi tələb etməyin heç bir mənası yoxdur. Qvaramiyanın sözlərinə görə, keçmişi davamlı müzakirə etmək cəmiyyəti gələcəkdən uzaqlaşdırır və mövcud status-kvo-nun qorunub saxlanılmasına xidmət edir.
O vurğulayıb ki, keçmiş seçicilərin ölkəyə verə biləcəyi en yaxşı töhfə İvanişvilinin hakimiyyətdən kənarlaşdırılması prosesində aktiv iştirak etməkdir. Qvaramiya bu şəxsləri seçkiləri gözləmədən miqyaslı etiraz aksiyalarının təşkilinə qoşulmağa və 2012-ci ildə olduğu kimi fəallıq göstərməyə çağırıb. Liderin fikrincə, üzr istənilib-istənilməməsindən asılı olmayaraq, əsas məqsəd İvanişvilinin siyasi mövqelərinə vaxtilə ona verilən dəstək dərəcəsində zərbə vurmaqdır.