Sürüşmə və subasma proseslərinin dinamikasında aktivlik müşahidə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən 2017-ci ilin iyun ayında Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib. Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilib. 

Nazirlikdən "Olaylar" - a bildirilib ki,  aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda  stabillik qeydə alıınsa da, Zığ-1, Masazır, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
 Astara rayonunun Kijəbə, Miki sürüşmə sahələrində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 27-29-cu və 45-47-ci, 17-19-cu kilomertliyində, Lənkəran rayonunun Horavenç, Gəgiran sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində, Çinar sürüşmə sahəsində, Gədəbəy rayonu Şahdağ, Pirdağ, Arıqıran sürüşmə sahəsində, Daşkəsən rayonu Alunitdağ sürüşmə sahəsində, Ağsu rayonu Sanqalan sürüşmə sahəsində, İsmayıllı rayonu İstisu, Sədiyan, Xankəndi sürüşmə sahələrində, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunub. Monitorinq və müşahidələr davam etdirilir.
Monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31