"Yaradıcılıq emalatxanası - 2" düşərgəsi keçiriləcək 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində istedadlı və yaradıcı gənclərin iştirakı ilə "Yaradıcılıq emalatxanası - 2" düşərgəsi start götürəcək. GİN-n mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki,.19 iyul tarixinədək davam edəcək düşərgəyə təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələrə marağı olan gənclər qatılacaq. Düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkəralıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində istedadlı və yaradıcı gənclərin iştirakı ilə "Yaradıcılıq emalatxanası - 2" düşərgəsi start götürəcək. GİN-n mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki,.19 iyul tarixinədək davam edəcək düşərgəyə təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələrə marağı olan gənclər qatılacaq. Düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkəralıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.

İlk, 2016-cı ildə keçirilmiş "Yaradıcılıq emalatxanası" düşərgəsində 100 nəfər gənc iştirak etmiş, müxtəlif yaradıcılıq sahələri üzrə öz bacarıqlarını sınamış, yeni biliklər əldə etməklə yanaşı aradıcılıq ideyalarını reallaşdırmaq imkanı qazanıblar. Bu il də düşərgədə iştirak ilə bağlı Təşkilat Komitəsinə 600-dən çox ərizə daxil olmuş, keçirilən müsahibə əsasında 100-dək gəncin namizədliyi qəbul olunub.

Qeyd edək ki, düşərgədə yaradıcılıq emalatxanaları, nəzəri və praktiki məşğələlər, yaradıcılıq müsabiqələri, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, diskoteka, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, idman oyunları, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31