“Piter Pen”Nizami Kino Mərkəzində

İyulun 12-də Nizami Kino Mərkəzi və British Council Azərbaycanın birgə layihəsi çərçivəsində şəhər sakinlərinə və qonaqlarına “Piter Pen” tamaşasını rus dilində alt yazılarla təqdim edəcək.

İyulun 12-də Nizami Kino Mərkəzi və British Council Azərbaycanın birgə layihəsi çərçivəsində şəhər sakinlərinə və qonaqlarına "Piter Pen" tamaşasını rus dilində alt yazılarla təqdim edəcək.

Bir nəfər istisna olmaqla, bütün uşaqlar böyüyür...

Mərkəzdən "Olaylar" - a bildirilib ki, məşhur Ceyn Eyrin ardınca rejissor Salli Kukson möhtəşəm, maraqlı "Piter Pen" tamaşası Bristol Old Vic teatrında uğur qazandıqdan sonra onu Milli Teatrda səhnəyə qoyur. Tamaşada böyüyüb boya başa çatmağın müsbət və mənfi tərəflərinə toxunulur, o, sehr, dəcəllik, musiqi və fantaziyanın mükəmməl ahəngini əks etdirir.

Qeyd edək ki, layihənin misiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyyfiyyətlə çəkilmiş, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31