SOCAR və İNPEX şirkətləri arasında əməkdaşlıq davam edir

Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında SOCAR-ın gənc mühəndisləri üçün Tokio şəhərində həyata keçirilən təlim proqramlarına və İNPEX şirkəti ilə əməkdaşlığa dair tədbir keçirilib.

Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında SOCAR-ın gənc mühəndisləri üçün Tokio şəhərində həyata keçirilən təlim proqramlarına və İNPEX şirkəti ilə əməkdaşlığa dair tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov, Bəhram Hüseynov və Yaşar Lətifov, İNPEX şirkətinin vitse-prezidenti Akihiko Kuraşina, eləcə də bu proqramlara cəlb olunmuş gənc mütəxəssislər iştirak ediblər. SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov 2016-cı ilin aprel-iyun aylarında Tokio şəhərində SOCAR-ın gənc mütəxəssisləri üçün layların işlənməsi ilə bağlı təşkil edilmiş texniki təlim proqramı haqqında danışıb, kursların keçirilməsinə dəstək olmuş İNPEX şirkətinə təşəkkürünü bildirib. Qeyd olunub ki, təlim müddətində Yaponiyanın zəngin mədəni irsi nümayiş etdirilmiş, maraqlı ekskursiyalar təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31