Qətiyyətli qərarların qəbul edilməsi vaxtı çatıb

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdikləri təxribat xarakterli əməlləri  beynəlxalq aləmdə ciddi rezonans doğurub. Artıq dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ermənilər tərəfindən 2 yaşlı uşaqğın qətlə yetirilməsini pisləyən bəyənatla çıxış ediblər. Paralal olaraq dünyanın tanınmış  media orqanları da sözügedən hadisəyə reaksiya veriblər. Maraqlıdır, beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın davranışına hər hansı formada təsir göstərə biləcəkmi?

Beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın davranışına təsir edəcəkmi?  

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdikləri təxribat xarakterli əməlləri  beynəlxalq aləmdə ciddi rezonans doğurub. Artıq dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ermənilər tərəfindən 2 yaşlı uşaqğın qətlə yetirilməsini pisləyən bəyənatla çıxış ediblər. Paralal olaraq dünyanın tanınmış  media orqanları da sözügedən hadisəyə reaksiya veriblər. Maraqlıdır, beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın davranışına hər hansı formada təsir göstərə biləcəkmi?

"Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyindən bildirilib ki, baş verən hadisə  Ermənistanın Azərbaycana və onun əhalisinə qarşı etdiyi növbəti cinayətkar əməldir: "İnsana hərdən elə gəlir ki, Ermənistanın törətdiyi bu cinayətkar əməllərin sonu olmayacaq. Çünki son 29-30 ildə cəzasızlıq üzündən bu cür işlər yüz dəfələrlə təkrar olunmuşdur. "Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. BMT-nin qəbul etdiyi qətnamələr heç biri yerinə yetirilmir. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur". Gənc Mühasiblər İctimai Birliyində hesab edirlər ki, Ermənistan ordusunun təxribatları nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir: "Sonuncu baş verən hadisə, xüsusilə də 2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlmir. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər işğalçı Ermənistanın zəbt etdiyi torpaqları sülh yolu ilə tərk etməyə məcbur ediləcəyi ilə bağlı ümidləri aradan qaldırır və işğalçıya qarşı müvafiq addımları atmağa vadar edir. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranış nümayiş etdirməsi, beynəlxalq təşkilatların  ikili mövqedən çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır. Odur ki, münaqişənin sülh yolu ilə həllinə çağırış edən beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın mülki əhalisini - uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamalıdır. İşğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlarlar qəbul etməlidirlər".

"Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım" İctimai Birliyindən bildirilib ki, son vaxtlar cəbhə xəttində baş verən hadisələr Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir: "Azərbaycan Respublikasının 20 % ərazisi Ermənistan Respublikası tərəfindən işğal olunub. Bu işğal nəticəsində Azərbaycan vətəndaşları doğma yurdlarından didərgin düşüb və həlak olub. Ermənistan Respublikasının davam etdirdiyi işğalçılıq siyasəti bu gün də davam edir. Onu da qeyd edək ki, işğalçı dövlət olan Ermənistan BMT kimi ali qurumun heç bir qətnaməsini icra etmir.  Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır. Buna görə də, biz beynəlxalq ictimaiyyəti, xüsusilə BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyalar tətbiq etməyə, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atmağa, dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə qarşı sərt davranmağı tələb edirik".

"Əlil İdmançılara Dəstək" İctimai Birliyindən verilən məlumata görə, 1988-ci ildən başlayaraq Azərbaycan ərazilərinin 20% ərazisini 27 ildən artıq davam edən işğal nəticəsində minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmiş, yaralanmış, əlil olmuş, əsir və girov götürülmüşdür. Milli və dünya mədəniyyətinə aid dini, mədəni, mülki, sosial və digər obyektlər vandalizmə məruz qalaraq tamamilə dağıdılmış və talan olunmuşdur. Müxtəlif vaxtlarda Azərbaycanın müxtəlif yerlərində, həmçinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Ermənistan terroruna məruz qalmış, Ermənistanda etnik təmizləmə aparılaraq monoetnik dövlət yaradılmış, yüz minlərlə insanın hüquq və azdlıqları kobudcasına pozulmuşdur: "Ermənistanın terrorçu hakimiyyəti beynəlxalq qurumların sülh çağırışlarına, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsinə, BMT Baş Məclisinin, AŞPA, Avropa Birliyi və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq beynəlxalq hüquqa etinasız və saymazyana münasibət göstərməkdə davam edir: "Əlil İdmançılara Dəstək" İctimai Birliyi hesab edir ki, beynəlxalq təşkilatlar, tərəqqipərvər ictimaiyyət, insanlığa, hümanizmə və insan haqlarına hörmət edən qurumlar Azərbaycana qarşı aparılan erməni təcavüzünə, işğala, terrora bitərəf qalmamalı, yalnız bəyanatların qəbul edilməsi formasında deyil, həqiqi nəticəsi olan addımlar atmalıdır. Beynəlxalq ictimaiyyət Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, regionda sülhün, ədalətin bərpa olunması, insanların hüquq və azadlıqlarının təmin olunması kimi məsələlərə biganə qalmamalıdır".

Alim  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31