“Nar bağı”  daha bir mükafata namizəddi

İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb. “Olaylar” bildirir ki, “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.

İlqar Nəcəfin "Nar bağı" filmi 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb. "Olaylar" bildirir ki, "Asiya Oskarı" adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.
Bundan əlavə film  Film Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb. 22-28 iyul tarixlərində Astanada keçiriləcək festivalda İlqar Nəcəf iştirak edəcək.
"Nar bağı" "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" kino şirkətinin birgə istehsalıdı. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.
Qeyd edək ki, filmin dünya premyerası bu yaxınlarda Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının "Qərbin Şərqi" müsabiqə proqramı çərçivəsində keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31