“Putinin NATO-su” Ermənistanda təlimlərə başladı

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xüsusi təyinatlı güclərinin təlimləri başlayıb. Bu haqda KTMT-nin saytında bildirilir. Təlimlər Ermənistan polisinin maarifləndirici kompleksinin bazasında üç gün keçiriləcək.

Qeyd edək ki, təşkilat 1992-ci il mayın 15-də MDB-yə üzv ölkələr tərəfindən imzalanmış Kollektiv Təhlükəsizlik haqqında Müqavilə əsasında yaradılıb. Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan KTMT-nin üzvləridir. Təşkilat bəzi hallarda "Putinin NATO-su" adlandırılır. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31