Gündəm

“Rusiya və Türkiyə liderləri Qüds məsələsində bir-birinə yaxın mövqelərdən çıxış edəcəklər”

11 Dekabr 2017 15:31

Rusiya və Türkiyə liderlərinin görüşü iki ölkənin bundan sonrakı münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Mən deyərdim ki, bu görüş hətta fövqəladə əhəmiyyət kəsb edir. Çünki məhz son zamanlar baş tutan Putin-Ərdoğan görüşlərindən sonra hal-hazırda faktiki olaraq yeni ittifaq, Ankara-Moskva siyasi ittifaqı qurulur.

“Azərbaycan Qüdsün bütövlükdə bir dövlətin paytaxtı elan edilməsini qəbul etmir”

11 Dekabr 2017 15:27

“Qüds məsələsinin nə ilə yekunlaşacağını demək bir qədər çətindir. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini ora köçürməklə bağlı qərarı qəliz məsələni bir qədər də çətinləşdirib”. Bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Qadağa dolu rəqs: Gülmək, danışmaq, baxışmaq olmaz

11 Dekabr 2017 15:25

Argentinalı müğənni və kinoaktyor, “Tanqo Kralı” adı ilə tanınan Karlos Qardelin (Carlos Gardel) doğum günü olan 11 dekabr Beynəlxalq Tanqo günü kimi qeyd olunur.  Bu gün həmçinin rəqsin bayramı kimi qiymətləndirilir.

Ekspert: “Ermənistanda kasıblığın həddi artıb”

11 Dekabr 2017 15:23

Ötən onillik Ermənistan iqtisadiyyatı üçün “itki dövrü” olub, kasıblığın həddi iqtisadi geriləmənin göstəricisi kimi qiymətləndirilə bilər. Bunu iqtisadçı ekspert Aram Kayfajyan deyib. 

İranda zəlzələdə ölənlərin sayı hələ də artır - 520 nəfər oldu

11 Dekabr 2017 15:16

Noyabr ayının ortalarında İranın qərbində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir. Məlumata görə, 620 nəfərin həlak olması təsdiqlənib. Bundan əvvəl 569 nəfərin həlak olmağı barədə məlumat verilmişdi.

Yeddi qurumun DSMF-yə borcu artıb

11 Dekabr 2017 15:09

2017-ci ilin iyulun 1-nə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcunun məbləği ilin əvvəlinə nisbətən 29,9 mln. manat və ya 9,3% artaraq 321,22 mln. manat göstəricisindən 351,14 mln. manat göstəricisinə qalxı

Hüquqi və demokratik olmaq üçün ölkədə dövlət, vətəndaş cəmiyyəti, KİV və xalqın birliyi gərəkdir

11 Dekabr 2017 15:07

«Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir» 

Tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnu necə əldə etmək olar?

11 Dekabr 2017 15:04

Ölkədə şəfaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etməkdədir. Bu məqsədlə daşınmaz əmlak üzərində sahibkarlıq hüququqnun tanınması sahəsində bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur. Belə yeniliklərdən biri də tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlıdır. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən verilən məlumata görə, vətəndaşlar bundan sonra tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququ əldə edə biləcəklər. Artıq Azərbaycanda tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları müəyyənləşib. Daha dəqiq, bu məqsədlə Mülki Məcəllənin 178-ci (Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi) maddəsinə yeni bənd əlavə edilir.

Heydər Əliyevdən vəzifəyə təyin etdiyi nazirə inanılmaz tövsiyə

11 Dekabr 2017 15:02

Bu günlərdə ümummilli lider Heydər Əliyevin vəfatının 14 ili tamam olur. Aradan 14 il keçməsinə baxmayaraq hələ də Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən böyük ehtiram hissi ilə anılır,  Ona böyük sevgi və sayğı nümayiş etdirilir. Səbəb isə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdir.

Dağlıq Qarabağ münaqişəsi dünyada insan haqlarının kobud surətdə pozulmasının əyani sübutudur

11 Dekabr 2017 15:00

10 dekabr bütün dünyada Beynəlxalq İnsan Haqları Günüdür. 1950-ci ildən etibarən hər ilin bu günü Beynəlxalq İnsan Haqları Günü kimi qeyd edilir. Bəs görəsən, günümüzdə istər ölkəmizdə, istərsə də dünyada insan haqlarına necə dəyər verilir, insan hüquq və azadlıqları necə qorunur? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidova müraciət etdik.

Deputat: "Ulu Öndərin xatirəsi həmişə anılacaq"

11 Dekabr 2017 14:57

"Ulu Öndərin xatirəsi əsrlərlə anılacaq. Çünki Ümummilli Lider dünyada əvəzsiz şəxsiyyət olmaqla yanaşı, həyatını insanların azadlığı, səadəti, yaxşı yaşaması, Azərbaycanın tərəqqisi, müstəqil olması üçün həsr edib”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

11 Dekabr 2017 14:54

Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi qüvvələrininSuriyadan çıxarılmasına başlanması barədə əmr verib. Məlumata görə, bu barədə bu gün Suriyaya səfər edən V. Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib. "Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib. Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik".

Putin Suriyaya səfər edib

11 Dekabr 2017 14:51

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib. Məlumata görə, V. Putini Hmeymim aviabazasındaSuriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb. Rusiya lideri Suriya prezidenti Bəşər Əsədlə görüşəcək. Putin bu gün Türkiyəyə də səfər edəcək.

Səfir: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da işləyəcək"

11 Dekabr 2017 14:50

"Hər bir icmanın iqtisadi, sosial və mədəni cəhətdən inkişafı üçün problemlərin davamlı və danışıqlar yolu ilə həllə nail olmaq son dərəcədə vacibdir". Məlumata görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələrinin, eləcə də jurnalistlərin Tərtər rayonuna təşkil olunmuş səfəri zamanı Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez deyib.

Rusiyada tatar dilinə dövlət dili statusu verilməsi təklif olunub

11 Dekabr 2017 14:47

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nabrejnıye Çelnı (Yar Çallı) şəhər Ağsaqqallar Şurası tatar dilinə Rusiyada dövlət dili statusunun verilməsi barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət edib.