"Vətəndaş Müqaviləsi" Partiyasında Ayk Sarkisyanın gələcək taleyi müzakirə olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının idarə heyətinin iclasında deputat Ayk Sarkisyanın məsələsi kəskin müzakirələrə səbəb olub. Yerli mətbuatın məlumatına görə, Baş nazir Nikol Paşinyanın iştirak etmədiyi toplantıda Sarkisyanın keçmiş spiker Alen Simonyan və digər partiyadaşlarına qarşı tənqidi bəyanatları nəzərdən keçirilib. Partiya rəhbərliyi deputata növbəti töhmətin verilməsini və ya onun ümumiyyətlə sıralardan xaric olunması məsələsini müzakirə etsə də, hələlik yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra deputat seçilən Sarkisyan bir müddət əvvəl ölkədəki qanunsuz meşə qırınması kimi problemləri tənqid etdiyinə görə komandası ilə münasibətlərinin korlandığını bildirmişdi. Bundan sonra Baş nazir Nikol Paşinyan da çıxışlarında Sarkisyanı qanunsuz avtomobil nömrələrindən istifadə etməkdə və öz əlaqələrindən istifadə edərək Sevan sahilində qanunsuz biznes fəaliyyəti yürütməkdə ittiham etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31