BQXK-nın sərhəddə yeni missiyası: Humanitar dəstək, yoxsa kəşfiyyat? – ÖZƏL
16:37 SiyasətBeynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanın Azərbaycanla şərti sərhədə yaxın Vayk, Cermuk, Qafan və Basarkeçər bölgələrində təcili tibbi yardım imkanlarını genişləndirib. Təşkilat bu ərazilərdə təcili yardım şöbələri yaradıb və mövcud tibb mərkəzlərini avadanlıqla təmin edib. BQXK-nın nümayəndəsi Zara Amatuni bildirib ki, layihələrin bir qismi 2022-ci il sərhəd eskalasiyasından sonra başlayıb.
"Bəzi beynəlxalq təşkilatlar Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında maraqlı deyillər. Hətta bəzi məqamlarda və müəyyən dövrlərdə iki dövlət arasında münasibətlərin gərginləşməsində aktiv rol oynayıblar".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, 30 il ərzində Ermənistan Azərbaycan ərazisini işğal altında saxlayanda həmin beynəlxalq təşkilatlar, hətta onlardan biri Avropanın üzvü olan ATƏT və ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunması, daha doğrusu, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün mövqe nümayiş etdirmək əvəzinə iki dövlət arasında münasibətləri gərginləşdirir, Azərbaycana təzyiq göstərərək Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırırdılar. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan sərhədinə müşahidə qrupunun gətirilməsinin, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin, bu qrupun kəşfiyyat xarakterli məlumatlar əldə edərək iki dövlət arasında münasibətləri gərginləşdirmək üçün mövqe nümayiş etdirdiyinin şahidi olmuşuq. Avropa İttifaqının müvafiq qurumlarının, AŞPA-nın Azərbaycan-Ermənistan arasında münasibətlərin gərginləşdirilməsi siyasəti apardığının da şahidiyik. İndi isə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan-Azərbaycan sərhədində düşərgə salması kəşfiyyat xarakterli bir addımdır. Çünki bu cür təşkilatlar həmişə qlobal güclərin kəşfiyyat qurumlarına xidmət edən qurumlar olublar. İki dövlət arasında sərhədlərin müəyyən edilməsi və delimitasiya prosesi hələ sona çatmadığı bir məqamda həmin təşkilatın sərhəd bölgəsində düşərgə salması, müvafiq ad altında, guya humanitar məqsədlərlə qərargah yaratması sırf kəşfiyyat xarakterli bir addımdır. Bu kəşfiyyat qurumları kimə hesablanıb? Təbii ki, Azərbaycanla münasibətləri gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sərhəddən müəyyən informasiya toplayaraq kəşfiyyat və pozuculuq işləri ilə məşğul olmağa və iki dövlət arasında gərginliyin yaradılmasına hesablanıb. Dediyim kimi, Avropanın Ermənistan-Azərbaycan sərhədində müşahidə qrupunu biz bu cür kəşfiyyat qurumları adı altında, Ermənistan, Fransa, Almaniya və digər Avropa dövlətlərinin kəşfiyyat qurumlarının nümayəndələri kimi iki dövlət arasındakı sərhəddə yerləşdirərək müşahidələr apardıqlarının şahidi olmuşuq. Bu qurumların kəşfiyyat məlumatları əldə etmək və iki dövlət arasında sərhəddə gərginlik yaratmaq məqsədi daşıdığını düşünürəm. Və indi də bu cür beynəlxalq təşkilatların adı altında yeni layihələr həyata keçirilir.
"İki dövlət arasında sərhədlərin müəyyən edilməsi və delimitasiya prosesi sona çatmadan humanitar ad altında sərhəddə belə qurumların yaradılması və orada qərargah salınması Azərbaycana qarşı bir təxribatdır. Bu, Azərbaycana qarşı sərhəddə gərginliyin yaradılmasına hesablanıb. Ümumilikdə, bu cür addımlar Ermənistan-Azərbaycan arasında sülh prosesinə təsir edən amillərdir. Artıq iki dövlət arasında dövlət başçılarının görüşləri keçirildiyi halda, yəni vasitəçilər olmadan görüşlərin keçirilməsinin şahidi olmuşuq. Azərbaycan prezidentinin Ermənistan baş naziri ilə Qırğızıstanda görüşünün şahidi olduq. Azərbaycan tərəfindən sülhün əldə olunması üçün praktik addımların atıldığının da şahidiyik. Ermənistana strateji yüklərin daşınmasına icazə verilməsi, Azərbaycan üzərindən tranzit keçməklə Ermənistana yüklərin daşınması, eyni zamanda, Ermənistanın enerji probleminin aradan qaldırılması üçün yanacağın satılması prosesi Azərbaycan tərəfindən atılan humanitar addım, sülhə atılan praktik addımdır. Belə bir məqamda iki dövlət arasında münasibətlərin, iqtisadi və siyasi əlaqələrin yumşaldılması prosesi gedərkən xarici dövlətlərin, qlobal güclərin təsir dairəsində olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi humanitar ad altında fəaliyyət göstərən və kəşfiyyat qurumlarına xidmət edən bir təşkilatın sərhəddə düşərgə salması və qərargah yaratması, humanitar ad altında qərargah yaratması hesab edirəm ki, aparılan işlərə birbaşa maneçilik törədər. Hesab edirəm ki, bu cür məsələlər aradan qaldırılmalıdır. Ermənistan-Azərbaycan arasında gərginliyin yaranmaması üçün Ermənistan tərəfi konstruktiv addımlar atmalıdır", - deyə ekspert əlavə edib.
Səidə RamazanovaBQXK-nın sərhəddə yeni missiyası: Humanitar dəstək, yoxsa kəşfiyyat? - ÖZƏL
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanın Azərbaycanla şərti sərhədə yaxın Vayk, Cermuk, Qafan və Basarkeçər bölgələrində təcili tibbi yardım imkanlarını genişləndirib. Təşkilat bu ərazilərdə təcili yardım şöbələri yaradıb və mövcud tibb mərkəzlərini avadanlıqla təmin edib. BQXK-nın nümayəndəsi Zara Amatuni bildirib ki, layihələrin bir qismi 2022-ci il sərhəd eskalasiyasından sonra başlayıb.
"Bəzi beynəlxalq təşkilatlar Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında maraqlı deyillər. Hətta bəzi məqamlarda və müəyyən dövrlərdə iki dövlət arasında münasibətlərin gərginləşməsində aktiv rol oynayıblar".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, 30 il ərzində Ermənistan Azərbaycan ərazisini işğal altında saxlayanda həmin beynəlxalq təşkilatlar, hətta onlardan biri Avropanın üzvü olan ATƏT və ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunması, daha doğrusu, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün mövqe nümayiş etdirmək əvəzinə iki dövlət arasında münasibətləri gərginləşdirir, Azərbaycana təzyiq göstərərək Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırırdılar. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan sərhədinə müşahidə qrupunun gətirilməsinin, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin, bu qrupun kəşfiyyat xarakterli məlumatlar əldə edərək iki dövlət arasında münasibətləri gərginləşdirmək üçün mövqe nümayiş etdirdiyinin şahidi olmuşuq. Avropa İttifaqının müvafiq qurumlarının, AŞPA-nın Azərbaycan-Ermənistan arasında münasibətlərin gərginləşdirilməsi siyasəti apardığının da şahidiyik. İndi isə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan-Azərbaycan sərhədində düşərgə salması kəşfiyyat xarakterli bir addımdır. Çünki bu cür təşkilatlar həmişə qlobal güclərin kəşfiyyat qurumlarına xidmət edən qurumlar olublar. İki dövlət arasında sərhədlərin müəyyən edilməsi və delimitasiya prosesi hələ sona çatmadığı bir məqamda həmin təşkilatın sərhəd bölgəsində düşərgə salması, müvafiq ad altında, guya humanitar məqsədlərlə qərargah yaratması sırf kəşfiyyat xarakterli bir addımdır. Bu kəşfiyyat qurumları kimə hesablanıb? Təbii ki, Azərbaycanla münasibətləri gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sərhəddən müəyyən informasiya toplayaraq kəşfiyyat və pozuculuq işləri ilə məşğul olmağa və iki dövlət arasında gərginliyin yaradılmasına hesablanıb. Dediyim kimi, Avropanın Ermənistan-Azərbaycan sərhədində müşahidə qrupunu biz bu cür kəşfiyyat qurumları adı altında, Ermənistan, Fransa, Almaniya və digər Avropa dövlətlərinin kəşfiyyat qurumlarının nümayəndələri kimi iki dövlət arasındakı sərhəddə yerləşdirərək müşahidələr apardıqlarının şahidi olmuşuq. Bu qurumların kəşfiyyat məlumatları əldə etmək və iki dövlət arasında sərhəddə gərginlik yaratmaq məqsədi daşıdığını düşünürəm. Və indi də bu cür beynəlxalq təşkilatların adı altında yeni layihələr həyata keçirilir.
"İki dövlət arasında sərhədlərin müəyyən edilməsi və delimitasiya prosesi sona çatmadan humanitar ad altında sərhəddə belə qurumların yaradılması və orada qərargah salınması Azərbaycana qarşı bir təxribatdır. Bu, Azərbaycana qarşı sərhəddə gərginliyin yaradılmasına hesablanıb. Ümumilikdə, bu cür addımlar Ermənistan-Azərbaycan arasında sülh prosesinə təsir edən amillərdir. Artıq iki dövlət arasında dövlət başçılarının görüşləri keçirildiyi halda, yəni vasitəçilər olmadan görüşlərin keçirilməsinin şahidi olmuşuq. Azərbaycan prezidentinin Ermənistan baş naziri ilə Qırğızıstanda görüşünün şahidi olduq. Azərbaycan tərəfindən sülhün əldə olunması üçün praktik addımların atıldığının da şahidiyik. Ermənistana strateji yüklərin daşınmasına icazə verilməsi, Azərbaycan üzərindən tranzit keçməklə Ermənistana yüklərin daşınması, eyni zamanda, Ermənistanın enerji probleminin aradan qaldırılması üçün yanacağın satılması prosesi Azərbaycan tərəfindən atılan humanitar addım, sülhə atılan praktik addımdır. Belə bir məqamda iki dövlət arasında münasibətlərin, iqtisadi və siyasi əlaqələrin yumşaldılması prosesi gedərkən xarici dövlətlərin, qlobal güclərin təsir dairəsində olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi humanitar ad altında fəaliyyət göstərən və kəşfiyyat qurumlarına xidmət edən bir təşkilatın sərhəddə düşərgə salması və qərargah yaratması, humanitar ad altında qərargah yaratması hesab edirəm ki, aparılan işlərə birbaşa maneçilik törədər. Hesab edirəm ki, bu cür məsələlər aradan qaldırılmalıdır. Ermənistan-Azərbaycan arasında gərginliyin yaranmaması üçün Ermənistan tərəfi konstruktiv addımlar atmalıdır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova