Məktəblərdə dərs saatları dəyişdirilə bilər
16:46 SosialMəktəblərdə dərs saatlarının dəyişdirilməsi müzakirə olunur.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
"Bu valideynlərin iş saatları ilə əlaqəlidir. Hazırda bununla bağlı elan ediləcək qərar yoxdur. Lakin vəziyyət təhlil olunur"
Nazir bildirib ki, məktəbədə gecikmə halları olmaması üçün uşaqları evə yaxın məktəbə qoymaq daha yaxşı olardı.
"Məktəb yaşayış yerinə uzaqdırsa, ictimai nəqliyyatdan istifadə edilməlidir", - deyə nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31